Modern.az

ADP sədrindən gözlənilməz AÇIQLAMA: “Rəsul Quliyev Putinin dəstəyi ilə hakimiyyətə gələ bilər”

ADP sədrindən gözlənilməz AÇIQLAMA: “Rəsul Quliyev Putinin dəstəyi ilə hakimiyyətə gələ bilər”

Ölkə

30 Oktyabr 2012, 14:32

Azərbaycanda hakimiyyətin formalaşmasında Rusiyanın maraqları nəzərdə tutulmalıdır

Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirətdə yaşayan Rəsul Quliyevin Rusiya prezidenti Putinlə görüşə can atması və rəsmi Kremlin dəstəyi ilə hakimiyyətə gəlməsi haqda mətbuatda müxtəlif məlumatlar yayılır. Parlamentin sabiq sədri Modern.az-a açıqlamasında Putinlə görüşü ilə bağlı məlumatları təkzib etsə də, onun Azərbaycanda hakimiyyətə gəlmək üçün Rusiyaya yaxınlıq etməyə can atdığı digər mənbələrdən də vurğulanır. Hətta Rəsul Quliyevin Rusiya hakimiyyəti ilə yaxınlıq qurmasında azərbaycanlı iş adamı, Putinin yaxın dostu İlham Rəhimovun da adı çəkilir. Bəs hər zaman Azərbaycan hakimiyyəti ilə münasibətlərinə dair dostluq, qardaşlıq mesajları verən Rusiya necə, Rəsul Quliyevin hakimiyyətə gətirilməsində maraqlı ola bilərmi?

Amerikada sığınacaq alan Rəsul Quliyevin Rusiya dəstəyi maraq doğurur

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, Rəsul Quliyevin keçmiş silahdaşı Sərdar Cəlaloğlu hadisələri Modern.az-a şərh edərkən maraqlı məqamlara toxunub. ADP sədri bildirib ki, Rəsul Quliyevin Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyətə gəlməsi mümkündür.

“Amerikada sığınacaq alan və onun himayəsində yaşayan Rəsul Quliyevin Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlməsi maraq doğurur. Bir məsələyə diqqət yetirmək lazımdır ki, Azərbaycanda hakimiyyətin formalaşmasında Rusiyanın maraqları nəzərdə tutulmalıdır. Bu baxımdan Rəsul Quliyev Rusiya ilə müəyyən əlaqələr yaratmağa cəhd edirsə, bu normal haldır”.

“Moskva onun hakimiyyətini təbliğ edən  istənilən şəxsə dəstək verə bilər

ADP sədrinin fikrincə, Moskva üçün əsas geopolitik maraqlardır. “Əgər mən də Azərbaycanda prezidentlik iddiasına düşəcəyəmsə, ən azından İranın, Türkiyənin və eləcə də Rusiyanın mənə dəstək verməsində maraqlı olmalıyam. Rusiya üçün fərqi yoxdur Rəsul Quliyev olsun və yaxud da digərləri, onun hakimiyyətini təbliğ edən  istənilən şəxsə dəstək verə bilər. Rusiya üçün Rəsul Quliyev adı əhəmiyyətli deyil. Əsas məsələ geopolitik durumdur. Rusiya üçün ayrı-ayrı şəxslər nə rol oylaya bilər ki? Rəsul Quliyev od olsa, özünü yandırar. Amma bu istisna deyil ki, Rəsul Quliyev ağıllı siyasət aparsa, Rusiyanın dəstəyi ilə hakimiyyətə gələ bilər”,- deyə S.Cəlaloğlu vurğulayıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı