Modern.az

Rəsul Quliyev Moskva səfərindən danışdı:“Əli Həsənovla heç vaxt görüşməmişəm” - AÇIQLAMA

Rəsul Quliyev Moskva səfərindən danışdı:“Əli Həsənovla heç vaxt görüşməmişəm” - AÇIQLAMA

Ölkə

1 Noyabr 2012, 11:07

Moskvada olub- olmamağın nə əhəmiyyəti?”

Azərbaycanın sabiq spikeri, hazırda Amerikada mühacirətdə yaşayan Rəsul Quliyev Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla Moskvada görüşməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Eks-spiker Modern.az-a açıqlamasında Əli Həsənovla heç vaxt görüşmədiyini bildirib.

“Mən ümumiyyətlə, Əli Həsənovla heç vaxt görüşməmişəm” deyən R.Quliyev “bu yaxınlarda Moskvada olmusunuzmu?” sualına belə cavab verib:

“Mən bir çox yerlərdə oluram. Məgər bu barədə hökmən məlumat verməliyəm. Və ya Rusiya ilə əlaqə yaratmaq üçün Moskvada olub-olmamağın nə əhəmiyyəti ola bilər ki, başa düşə bilmirəm...”.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı