Modern.az

Ermənistan Ordusunda ağır itki: 4 ölü, 15 yaralı

Ermənistan Ordusunda ağır itki: 4 ölü, 15 yaralı

Ülke

2 Noyabr 2012, 09:59

Ermənistan ordusu Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda ağır itkiyə məruz qalıb

Ermənistan ordusunun hərbçilərini daşıyan “Ural” markalı yük maşını Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda qəzaya uğrayıb. Hadisə noyabrın 1-də baş verib.
Modern.az “ArmeniaToday”a istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Ovannisyan hadisə nəticəsində hərbçilər arasında çoxlu ölən və yaralananların olduğunu bildirib.

Belə ki, qəza nəticəsində Ermənistan ordusunda xidmət edən 4 əsgər ölüb, 15-i yaralanıb. Ölən və yaralanan hərbçilərin hamısı Ermənistan Ordusunda müqavilə ilə xidmət edənlər əsgərlər olublar.
Yaralılar Ermənistanın Vardenis rayonundakı hərbi hospitala yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağırdır. Ermənistanın Müdafiə Nazirliyi ölən və yaralanan hərbçilərin hamısının adını elan edib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı