Modern.az

Avropa Şurası Azərbaycan bələdiyyələrinə müstəsna səlahiyyətlər verilməsini tələb edir - AÇIQLAMA

Avropa Şurası Azərbaycan bələdiyyələrinə müstəsna səlahiyyətlər verilməsini tələb edir - AÇIQLAMA

Ölkə

2 Noyabr 2012, 11:19

Tahir Rzayev: “Tələb edirlər ki, bələdiyyələr ölkədə baş verən bütün proseslərə müdaxilə etsin”


Avropa Şurasının Yerli Hakimiyyətlər Konqresi oktyabrda keçirilən iclasında Azərbaycanda bələdiyyə sistemini ciddi tənqid edib. Konqres Azərbaycan bələdiyyələrini fəaliyyətsizlikdə günahlandırıb və ölkəmizin “Yerli idarəetmə haqqında” Avropa xartiyasının qaydalarına əməl etmədiyini bildirib. Məsələ ilə bağlı Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov da  müzakirələr üçün 2013-cü ildə keçiriləcək konqresə dəvət olunub.

Tənqidlərə münasibət bildirən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev Avropa Şurasının bəyanatı ilə razılaşmadığını deyib. Deputat bildirib ki, konqresin bu fikrə gəlməsinə səbəb kənar dairələrdən yanlış məlumatların çatdırılmasıdır.

“Avropa Şurası tərfindən verilən bu bəyanat əslində həqiqətə uyğun deyil. Eyni zamanda yerlərdə gedən yerli özünüidarəetmə orqanlarının  inkişafı sahəsində həyata keçirilən tədbirlərin əksinədir. Onlar deyirlər ki, bələdiyyələrə müstəsna səlahiyətlər verilməlidir, bələdiyyələr tamamilə dövlət nəzarətindən uzaqda olmalıdır, bələdiyə elə bir qurum olmalıdır ki, ölkədə baş verən bütün proseslərə müdaxilə etsin. Bu mümkün olan iş deyil axı. Çünki heç bir dövlətdə, heç bir quruma müstəsna səlahiyyət verilməyib və dövlət nəzartindən kənarda qala bilməzlər.  Konqres bələdiyyələrin milli assosiasiyaları barədə daha kəskin çıxışlar edib. Deyirlər ki,  assosiasiyalar yaradılıb, ancaq heç bir fəaliyyəti yoxdur. Əslində belə deyil. Bu assosiasiyalar Avropa Şurasının tövsiyyələri əsasıında yaranıb. Bu proseslərdə mən də iştirak etmişəm. Bu asossasiyaların əsasnamələrində göstərilir ki, onlar bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanlar deyil. Bu assosiasiyalar ancaq bələdiyyələrə metodiki köməklik göstərən, bələdiyyələrin fəaliyyətini əlaqələndirən  bir orqandır. Vaxtaşırı olaraq assosiasiya sədləri, nümayəndələri Avropa Şurasının ən mötəbər tədbirlərində iştirak edir və orada qəbul olunmuş sənədlərlə asossasasiyaları tanış edirlər. Digər tərəfdən qanunvericilik aktlarının hazırlanmasında, müzakirəsində assosiasiya sədləri və nümayəndələri mütamadi olaraq Milli Məclisə dəvət edilirlər“.

Millət vəkili eyni zamanda Avropa Şurasını Yerli Hakimiyyətlər Konqresini ittihamların səbəbini göstərməməkdə günahlandırıb.

“Onlar deyirlər ki, Azərbaycanda bələdiyyələr fəaliyyətsizdir. Amma fəaliyyətsizliyin səbəbləri nədir, bunu demirlər. Görünür bunlara hansısa dairələrdən məlumatlar çatdırırlar. Hətta mən onların bir neçə il bundan öncə ekspertlərini də Ağcabədi bələdiyyəsinin işi ilə tanış olmaq üçün rayonumuza dəvət etmişdim. Getdilər və dedilər ki, “bizə söylənilənlərlə gördüklərimiz uyğun gəlmir”. Necə ola bilər? Bələdiyyələrdə qadınların sayı keçən illərlə müqayisədə  24 % olub,  gənclərin sayı artıb, ali təhsillilərin kefiyyət tərkibi yaxşılaşıb. Keçən illə müqayisədə bələdiyyə büdcəsi 23 % artıb,  amma deyirlər ki, büdcə azdır. Bu yaxşı göstəricidir. Avropa Şurası istəyir ki, hər bir təcrübəni  Azərbaycanın üstündə keçirsin. Bizdə 12 ildir bələdiyyə yaradılıb.  Bu gün onların dediklərini bizim bələdiyyələrin etməyə imkanı yoxdur”- deyə deputat qeyd edib.

Şahanə RƏHİMLİ 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı