Modern.az

Dövlət Komitəsindən Gülər Əhmədovanın təşkilatı barədə AÇIQLAMA

Dövlət Komitəsindən Gülər Əhmədovanın təşkilatı barədə AÇIQLAMA

Ölkə

2 Noyabr 2012, 14:38

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevanın   Respublika Uşaq Təşkilatına  rəhbərlik edəcəyi barədə məlumat əsassızdır”.

Bu barədə Modern.az saytına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Lətafət Tağızadə bildirib:

“Bu məlumatı biz özümüz də mətbuatdan oxuduq. Yalan xəbərdir.  Hətta bunu yazanlara özümüz zəng vurub soruşduq ki, xəbəri hardan almısınız? Onlar  bizə məlumatı əldə etdikləri mənbənin adını demədilər. Aynur  xanım özü bu xəbərlə bağlı təkzib verib”-deyə komitə sözçüsü qeyd edib.

Xatırladaq ki, Respublika Uşaq Təşkilatının sədri sabiq deputat Gülər Əhmədovadır. Bu gün bəzi xəbər mənbələri belə bir məlumat yayıblar ki, Respublika Uşaq Təşkilatı Gülər Əhmədovadan alınaraq Aynur Sofiyevaya verilib.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı