Modern.az

Azərbaycanın beynəlxalq brend olmuş milli məhsulları - ADLAR

Azərbaycanın beynəlxalq brend olmuş milli məhsulları - ADLAR

Ölkə

6 Noyabr 2012, 09:35

Onların arasında ölkəyə şöhrət gətirmiş adlar da var

55 milli məhsulun adı dünyaya çıxıb

Ölkəmizdə kifayət qədər müxtəlif çeşidli məhsul istehsal olunur. Təbii ki, hər bir məhsulun tanıtma vəsiqəsi onun brendidir. Keyfiyyətin idarə olunması kimi, brendlər də şirkətlər üçün çox dəyərlidir. Bu gün Azərbaycanda kifayət qədər xarici brendlərə rast gəlmək olur. Bəs Azərbaycanın ölkədən kənarda tanınan öz məhsul brendi varmı?
Modern.az xəbər verir ki, bu günə kimi 55 milli əmtəə beynəlxaq qeydiyyat alıb. Məlumatı saytımıza Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildiriblər.

“Badamlı” üçün “Madrid sazişi” imzalanıb

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, ölkədə qeydiyyatdan keçmiş əmtəə nişanlarının beynəlxalq qeydiyyatı ilə bağlı bir sıra işlər görülüb. Belə ki, “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı ilə bağlı Madrid Sazişi” (Sazişə qoşulmanın tarixi 1995) və bununla bağlı müvafiq protokol (Protokola qoşulma tarixi 2007) çərçivəsində milli iddiaçıların müraciətlərinə Azərbaycanda baxılır və ölkə hüdudlarından kənarda, xarici ölkələrdə nişanların qeydə alınması məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərilir. 

Bu da milli brendlərimiz

Komitə rəsmisinin sözlərinə görə, hazırki dövrə qədər 55 milli əmtəə nişanı beynəlxalq qeydiyyat alaraq xarici ölkələrdə də əqli mülkiyyət obyekti kimi qorunmaqdadır. Bunlara misal olaraq “WELL!”, “Innabi”, “Mətanət A”, “SOCAR”, “AZPETROL”, “Sirab”, “Badamlı” və başqalarını göstərmək olar.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?