Modern.az

Dövlət qulluğunda işləmək istəyənlər ən çox bu vəzifələri tutmaq istəyirlər - SİYAHI

Dövlət qulluğunda işləmək istəyənlər ən çox bu vəzifələri tutmaq istəyirlər - SİYAHI

Ölkə

7 Noyabr 2012, 10:26

Dövlət qulluğuna qəbulla bağlı test imtahanları noyabrın 12-dən başlayır

7, 14, 17 avqust, 6 sentyabr, 5 və 24 oktyabr 2012-ci il tarixdə Prezident  yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 103 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1227 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. 7, 14, 17 avqust, 6 sentyabr və 5 oktyabr 2012-ci il tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyat başa çatıb. Oktyabrın 24-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə noyabrın 22-də başa çatacaq.

Dövlət Komissiyasından Modern.az-a bildirilib ki, indiyə kimi qeydiyyatdan keçmiş 7439 namizəddən 5068-i kişi, 2371-i isə qadın namizədlərdir.

Ən çox namizəd qeydə alınan dövlət orqanları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (713 nəfər), İqtisadi İnkişaf Nazirliyi (643 nəfər), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (640 nəfər), Əmlak Məsələləri Dövlət Komitəsi (570 nəfər), Təhsil Nazirliyi (508 nəfər), Mədəniyyət və Turizm Nazirliyi (390 nəfər), Dövlət Sosial Müdafiə Fondu (374 nəfər) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (341 nəfər) olub.

Vakant vəzifələr üzrə ən böyük müsabiqə vəziyyəti Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron sənəd dövriyyəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsi (168 namizəd), Maliyyə və təsərrüfat şöbəsinin Maliyyə sektorunda aparıcı məsləhətçi vəzifəsi (116 namizəd), İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin Makroiqtisadi təhlil və proqnozlaşdırma sektorunda məsləhətçi vəzifəsi (150 namizəd), Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsində məsləhətçi vəzifəsi (122 namizəd) üzrə olub. 

Müsabiqəin test imtahanı 2012-ci il 12 noyabr tarixdən ilk olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-6-cı təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 7-ci təsnifatı üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.

Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı