Modern.az

Elçin Əfəndiyevin keçmiş köməkçisi Vaqif Hüseynov kimdir? - ARAŞDIRMA

Elçin Əfəndiyevin keçmiş köməkçisi Vaqif Hüseynov kimdir? - ARAŞDIRMA

Ölkə

7 Noyabr 2012, 13:32

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı Baş nazirin müavini Elçin Əfəndiyevin keçmiş köməkçisi Vaqif Hüseynov da həbs edilib. V. Hüseynovun şəxsiyyəti ətrafında xeyli mübahisələr var.

Modern.az-ın əldə etdiyi informasiyaya görə, Baş nazir müavinin köməkçisi olmuş V.Hüseynovun yerini hazırda də başqa bir şəxs tutur. E.Əfəndiyevin yanında işləmiş və artıq həbs edilən V.Hüseynov Göyçay şəhərində, müəllim ailəsində anadan olub. O, humanitar elmlər üzrə doktordur və tədqiqatçı-alimdir. Etibarlı mənbədən Modern.az-a bildirilib ki, V.Hüseynov 3 il əvvəl Nazirlər Kabinetindəki işindən istefa versə də, onun E.Əfəndiyevlə münasibətləri qeyri-rəsmi şəkildə davam edirmiş.
Keçmiş köməkçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olması barədə şayiələrin isə heç bir əsası yoxdur.

Qeyd edək ki, Vaqif Hüseynov dələduzluqda təqsirli bilinir. O, Azərbaycan Beynəlxalq Universitetinə (ABU) lisenziya almaqda köməklik göstərəcəyini vəd edərək E. Abdullayevdən 1 milyon manat almaqda şübhəli bilinir.

Baş nazirinin müavini, yazıçı Elçin Əfəndiyev də məsələyə münasibət bildirib.
“Mənim bir təmiz adım var. Jurnalistlərdən xahiş edirəm ki, onun ləkələnməsinə imkan verməsinlər”-deyə o, APA-ya bildirib.

Elçin Əfəndiyev deyib ki, Elşad Abdullayevin video qalmaqalı ilə bağlı saxlanmış Vaqif Hüseynovun onun köməkçisi kimi təqdim edilməsi doğru deyil. Baş nazirin müavinin dediyinə görə, Vaqif Hüseynov əvvəllər onun rəhbərliyi altında işləsə də, üç il əvvəl azad edilib.

“Mən adımın bu cür qalmaqallarda hallandırılmasını xüsusilə pul söhbətlərinə qarışmasını arzu etmirəm. İllər boyu təmiz adımı qorumuşam. Media işçilərindən xahiş edirəm ki, bundan sonra da mənim adımı ləkələməyə çalışmasınlar”. 

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı