Modern.az

Rövnəq Abdullayev Nyu-Yorkda 12 milyon dollara bu binanı alıb - FOTO

Rövnəq Abdullayev Nyu-Yorkda 12 milyon dollara bu binanı alıb - FOTO

Ölkə

7 Noyabr 2012, 13:46


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Nyu-Yorkun tarixi rayonu olan Düpontda yerləşən 5 mərtəbəli binanı 12 milyon dollara alıb. Bu haqda “Washington Business Journal” məlumat yayıb.

Bu bina uzun illər Kirkpatrik Jordan Fonduna məxsus olub və yüksək səviyyəli görüş və mərasimlərin keçirilməsi üçün istifadə edilib. Binanın ümumi sahəsi 23 232 kvadrat futdur (2160 kv. m.) və hər kv. futu mülkü alana 516,5 dollara başa gəlib.

Qeyd edək ki, bu bina SOCAR-a Hollywood Real Estate Services LLC. daşınmaz əmlak agentliyi vasitəçiliyi ilə satılıb. Agentliyin direktoru Jim Kazunasın sözlərinə görə, binanın çoxlu sayda müştərisi olub, ona görə ki, onun daxilini çox asanlıqla dəyişmək olar.
Başqa bir daşınmaz əmlak agentliyinin (Lincoln Property Co.) vitse-prezidenti Jeyms Konnelli isə bildirib ki, bu binaya maraq ona görə çox olub ki, ətrafında universitetlər, səfirliklər, dövlət agentlikləri və sair yüksək səviyyəli obyektlərin yerləşir.

Bu bina 1900-cü ildə tikilib. Böyük arxitektur görünüşə və zala malikdir.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı