
Şairlər tarixdə təkcə söz ilə qalmırlar.. Siyasi münasibətləri ayırd eləməyə çalışan yaradıcı adamlar siyasətin soyuq məntiqi ilə deyil, sözün romantikası ilə yaşayırlar.
Modern.az saytının
“
Bir şəklin tarixçəsi” silsiləsindən
təqdim etdiyi bu fotoşəkil qarmaqarışıq 90-cı illəri yada salır. O dönəm çoxları üçün sınaq illəri oldu. Praqmatiklərin siyasət savaşında şair sözü həmişə eşidilmir.
Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev, Milli Məclisin keçmiş sədri Rəsul Quliyev və keçmiş mətbuat və informasiya naziri, xalq şairi Sabir Rüstəmxanlı..
1991-ci ildə eks-prezident Ayaz Mütəllibov tərəfindən mətbuat və informasiya naziri postuna təyinat alan Sabir Rüstəmxanlı daha sonra iki dövlət başçısı ilə də işlədi. Mərhum Əbülfəz Elçibəy dönəmində nazir kürsüsünü dəyişməyən şair S.Rüstəmxanlı Heydər Əliyev iqtidarında da bir neçə il çalışdı...
(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik)