Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.
Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovu tanımayan az adam tapılar. Bəs onun oxşarını necə, tanıyırsınızmı?
Əli Əhmədovun oxşarı nəinki Azərbaycanda, ölkə hüqudlarından kənarda da tanınmış simadır. Söhbət respublikanın Xalq artisti, professor Rauf Abdullayevdən gedir. Azərbaycan müasir musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən olan Rauf Abdullayev Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijorudur. 1993-cü ildən 1997-ci ilədək baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə “Türkiyədə İlin ən yaxşı dirijoru” adına layiq görülüb.
Bəzi adamlar Əli Əhmədovla Rauf Abdullayevin bir-birlərinə çox bənzədiyi qənaətindədirlər.
Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz..?

YAP-ın icra katibi Əli Əhmədov

Maestro Rauf Abdullayev
A.Qorxmaz
Həmçinin oxu:
Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/
Azərbaycandakı oxşarlar ... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/