Modern.az

Bakıda qadınları “satan” şəxs tutulub

Bakıda qadınları “satan” şəxs tutulub

Ölkə

12 Noyabr 2012, 13:37

Paytaxtda əxlaqsızlıq yuvası aşkar edilib. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Bakı şəhər sakini V.Sadıxova qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar tutulub.

Bildirilib ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbəsi ərazisində, Bakı şəhər sakini Vüsalə Sadıxova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı