Noyabrın 15-nə keçən gecə Azərbaycan milli futbol komandası "Dünya Çempionatı-2014"ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Modern.az-ın məlumatına görə, millimiz səfərdə Şimali İrlandiyanın qonağı olub. Komandamız oyuna yaxşı başlayıb. Belə ki, oyunun 5-ci dəquiqəsində Rauf Əliyevin qolu ilə Azərbaycan önə keçib. Və bütün oyun boyu millimiz hesabda irəlidə olub. Lakin Azərbaycan futbolçularının oyunu qələbə ilə başa vurmağa cəsarətləri çatmayıb.
90 dəqiqənin sonunda hakim oyuna daha 6 dəqiqə əlavə edib. Məhz 96-cı dəqiqədə, oyunun qurtarmasına 15 saniyə qalanda çox da güclü olmayan Şimali İrlandiya komandası cərimə zərbəsindən bərabərlik qolunu vurub – 1:1.
Yəqin ki, bu qol ekran qarşısında əyləşən bütün azərbaycanlı azarkeşləri şoka saldı...
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti matçını 2013-cü ilin mart ayında səfərdə Lüksemburqa qarşı keçirəcək.
Şimali İrlandiya - Azərbaycan - 1:1
Qollar: Rauf Əliyev, 5 (0:1), Devid Hili, 90+6 (1:1)
AZƏRBAYCAN: Səlahət Ağayev, Maksim Medvedev, Ruslan Abışov, Vladimir Levin, Əli Gökdəmir (Bədavi Hüseynov, 62), Rasim Ramaldanov (Elşad Nəziri, 71), Cihan Özkara (Vaqif Cavadov, 79), Vüqar Nadirov, Rahid Əmirquliyev, Cavid Hüseynov, Rauf Əliyev.
Şimali İrlandiya: Rey Kerroll, Daniel Lafferti, Aaron Hyuz, Kreyq Katkart, Qaret Makoli, Kris Beyrd, Din Şils, Stiven Devis, Şeyn Ferqyusson, Niall Makqinn, Kayl Lafferti.
F qrupu
| S | Komandalar | O | Q | H | M | Xal |
| 1. | Rusiya | 4 | 4 | 0 | 0 | 12 |
| 2. | İsrail | 4 | 2 | 1 | 1 | 7 |
| 3. | Portuqaliya | 4 | 2 | 1 | 1 | 7 |
| 4. | Şimali İrlandiya | 4 | 0 | 3 | 1 | 3 |
| 5. | AZƏRBAYCAN | 4 | 0 | 2 | 2 | 2 |
| 6. | Lüksemburq | 4 | 0 | 1 | 3 | 1 |