Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, ölkədə sosial müdafiənin gücləndirilməsi istiqamətində xeyli uğurlu irəliləyişlər var. O, dünənki iclasda deputat İqbal Ağazadənin pensiyaların 300 manata qədər yüksəldilməsi barədə təklifini şərh edərkən vurğulayıb ki, 1990-cı illərdə pensiya məbləği 50 manatdan başlasa idi, indi bu məbləğ 300 manat təşkil edəcəkdi:
“Amma 1990-cı illərdə pensiya məbləği çox aşağı olub. 1993-cü ildə pensiya 1 manat 37 qəpik, yəni 280 rubl civarında olub. Həmin dövrdə 1 kq çörək 15 rubl, pensiya isə 280 rubl olub. Yəni o dövrə uyğun pulun denominasiyası olsa idi, indi pensiyaların həcmi heç 50 manata gəlib çatmırdı”, – deyə S. Müslümov bildirb.
Dövlət Sosial Müdafiə Fondunun sədri bildirib ki, gələn il də kişilərin pensiyaya çıxma yaşı 63, qadınlar üçün isə 59 götürülüb: “Məcburi sosial sığorta haqları sahəsində də dəyişiklik yoxdur. İşə götürənlər üçün bu, 22 faiz, işləyənlər üçün isə 3 faizdir. Gələn il 1 milyon 239 min nəfərin pensiya alacağı, bu sistemi 50 min nəfərin tərk edəcəyi proqnozlaşdırılır. Ailə başçısını itirməyə görə müavinətin həcmi gələn il 128 manat olacaq”.
Səlim Müslümov qeyd edib ki, gələn il pensiyalar 9,1 faiz artırılacaq və orta pensiya məbləği 163 manata çatdırılacaq. O, 8 min nəfər Qarabağ əlili və veteranının müavinət və pensiyalarının artırılması məsələsinin müzakirə oluna biləcəyini vurğulayıb. Fond sədri yeni doğulan uşaqlarla bağlı ödənilən müavinətə də toxunub: