Modern.az

Latviyalı nazirdən Azərbaycana ittiham: “Ramil Səfərovun əfvi problemi qəlizləşdirdi”

Latviyalı nazirdən Azərbaycana ittiham: “Ramil Səfərovun əfvi problemi qəlizləşdirdi”

Ölkə

15 Noyabr 2012, 15:45

“Latviya Qarabağ problemi ilə bağlı hər hansı qərarı qəbul etmək üçün hazır deyil”. Bunu İrəvanda təşkil olunmuş mətbuat konfransında Latviyanın xarici işlər naziri Edqar Rinkeviks bildirib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, diplomat Qarabağ probleminin həlli istiqamətində beynəlxalq təşkilatların mövqeyini dəstəklədiyini deyib:

“Mən güman edirəm ki, Qarabağın müstəqilliyinin tanınması problemi həll etməyəcək. Müstəqillik haqqında danışmağı zəruri saymıram, lakin beynəlxalq təşkilatların bu yöndə apardığı siyasəti dəstəkləyirik”.

Nazir həmçinin Ramil Səfərovla bağlı məsələyə görə Azərbaycan tərəfini ittiham edib. O bildirib ki, Azərbaycanın Ramil Səfərova əfv verməsi problemin həllini mürəkkəbləşdirir.

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı