
Bu günlərdə Türkiyə arxivlərindən maraqlı bir sənəd ortaya çıxıb. Modern.az saytı Türkiyə mediasına istinadla bildirir ki, qardaş ölkədə 1934-cü ildə soyad qanunu qəbul edildikdən sonra Mustafa Kamala uyğun soyadı tapılması üçün axtarışlara başlanır. Hətta CHP Məclis qrupunda dilçi və tarixçi millət vəkillərindən ibarət bir komissiya da yaradılır.
Bu komisiya “Atatürk” soyadından əvvəl Mustafa Kamala 13 soyadı təklif edib. Mustafa Kamal isə 14-cü soyadı – “Atatürk” soyadını qəbul edib. Bəs, qalan soyadlar hansılar imiş?
1. Kemal Etel-Etil (Attilanın adının orijinal tələffüzü. Mənası böyük çay deməkdir)
2. Kemal Etelalp (Altay dilində böyük qəhraman anlamına gelir)
3. Kemal Korkut (Qorxusuz, cəngavər)
4. Kemal Arız (Türk qəhrəmanlarından Alp Aruzdan təsirlənərək təklif olunub)
5. Kemal Ulaş (Bir Türk qəhrəmanı, Ulaş oğlu Salur Qazanın adı)
6. Kemal Yazır (Türk qəhrəmanı Yağlıkçı oğlu Yazırın adı)
7. Kemal Emen (Türk qəhəmanı Ucen oğlu Emen Begin adı)
8. Kemal Çoğaş (Günəş, ışıq anlamına gəlir)
9. Kemal Salur (Türk qəhrəmanlarından birinin adı)
10. Kemal Begit (Sağlam anlamına gəlir)
11. Kemal Ergin (İrfan sahibi, kamil insan deməkdir)
12. Kemal Tokuş (Türk qəhrəmanının adı: Ertokuş-Cəngavər)
13. Kemal Beşe (Mümtaz, seçkin anlamına gelir)
M.Yaqublu