Modern.az

O, dünyanın ən kasıb prezidentidir - FOTOLAR

O, dünyanın ən kasıb prezidentidir - FOTOLAR

Ölkə

16 Noyabr 2012, 10:27

Aparılan araşdırmalar nəticəsində dünyanın ən kasıb prezidentinin kimliyi məlum olub. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ölkə başçıları arasında var-dövlətinə görə ən kasıbı Uruqvayın 77 yaşlı prezidenti Xose Muxikadır.
O, 2009-cu ildən bəri mötəbər post tutmasına baxmayaraq, digər həmkarları kimi dəbdəbəli həyat sürmür. Prezident həyat yoldaşı ilə köhnə kənd evində yaşayır.

Xeyirxah prezident aldığı 12 mil dollar aylıq əməkhaqqının 90 faizini kasıb insanlara bağışlayır. Xose Muxikanın avtomobili də 87-ci il model "Volkswagen"dir.

Zaman-zaman kübar dairələrin lağ etdiyi ölkə rəhbəri insanların arasında olmağı, onlardan fərqlənməməyi sevdiyini bildirib.

"Mənə ən kasıb dövlət başçısı deyirlər. Amma mən özümü kasıb hiss etmirəm. Kasıb insanlar yalnız bahalı həyatlarını qorumaq üçün çalışar və həmişə daha çoxunu istəyər. Həyatımın böyük bir qismi belə keçib. Qazandığım pulla da hələ həyatımı davam etdirə bilərəm", - deyə Muxika bildirib.

Uruqvay prezidentinin tək mal varlığı 1800 dollar dəyərindəki avtomobili və yaşadığı uçuq-sökük kənd evidir.







Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı