Modern.az

Gülər Əhmədovanın cinayət işində yeni faktlar üzə çıxıb - YENİLƏNİB

Gülər Əhmədovanın cinayət işində yeni faktlar üzə çıxıb - YENİLƏNİB

Ölkə

21 Noyabr 2012, 15:44

Sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı başlanan cinayət işində ciddi irəliləyişlər var. Bu barədə hüquq-mühafizə orqanlarındakı mötəbər mənbədən  Modern.az-a məlumat daxil olub. Mənbənin məlumatına görə,  istintaq işində yeni nəticələr əldə olunub. Cinayət işindəki yeniliklər haqqında hələki rəsmi açıqlama olmasa da, yaxın vaxtlarda istintaqın nəticələri barədə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.  

Qeyd edək ki, sabiq deputat Gülər Əhmədovanın Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin parlamentə seçilməsi üçün ondan 500 min dollar istəməsi ilə bağlı qalmaqallı videoçarx Bakı Şəhər Prokurorluğunda CM-in 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işinin qaldırılmasına səbəb olub.
Gülər Əhmədova ilə bağlı başlanan cinayət işi birbaşa prezident İlham Əliyevin nəzarəti altındadır.  

***

Milli Məclisin sabiq deputatı Gülər Əhmədova yenidən prokurorluqda ifadə verib.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, G. Əhmədova ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntü ilə bağlı başlanmış cinayət işi üzrə ötən gün Bakı şəhər Prokurorluğuna çağırılıb və onun ifadəsi alınıb.

G. Əhmədova APA-ya açıqlamasında məlumatı təsdiqləyib. O, qeyd edib ki, prokurorluqda ifadə verməkdə məqsədi istintaqa kömək etmək olub: “Mən əvvəl də demişəm ki, sona qədər bu məsələdə istintaqa kömək edəcəyəm. Məhz buna görə, mandatdan imtina etmişəm. İmtina ərizəmdə də istintaqa yaxından köməklik göstərəcəyimə və bütün bildiklərimi açıqlayacağıma söz vermişəm”.


Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı