Modern.az

Məleykə Abbaszadə Təhsil Nazirliyini "vurdu": “İlin ən yaxşı müəllimi” düzgün müəyyənləşdirilmir”

Məleykə Abbaszadə Təhsil Nazirliyini "vurdu": “İlin ən yaxşı müəllimi” düzgün müəyyənləşdirilmir”

Ölkə

24 Noyabr 2012, 14:31

“Hər il prezident İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” seçilir. Ancaq təəssüflər olsun ki, çox az halda “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəb”ini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanın nəticələrinə əsasən yüksək nəticə göstərənlər siyahısında görmək mümkün olur”.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə komissiyanın 20 illiyinə həsr olunan dəyirmi masada deyib.

O bildirib ki, TQDK da hər il qəbul imtahanlarında yüksək nəticə göstərən orta məktəblər haqqında statistik məlumatlar hazırlayır: “Yüksək nəticə göstərən məktəblərlə bağlı statistik məlumatların siyahısı rayonların hər birinə təqdim edilir. Amma gəlin görək həmin məktəblər arasında fərmana əsasən "İlin ən yaxşı məktəbi" seçilənlər varmı? Buna çox az halda rast gəlmək olur. TQDK tərəfindən keçirilən qəbul imtahanlarında hansısa parametrlər yoxlanılır. Bəlkə “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” seçilərkən təhsil təşkilatlarının bu göstəriciləri yox, başqa məsələlər nəzərə alınır, bunu bilmirəm”. 

Modern.az xatırladır ki, “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqəsini Təhsil Nazirliyi keçirir. 2007-2008-ci tədris ilindən başlayaraq, hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 100 ən yaxşı müəllimin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 5.000  məbləğində birdəfəlik mükafat verilir.

İlin ən yaxşı 50 məktəbinə isə hər il ayrı-ayrılıqda 10 min manat mükafat verilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı