Modern.az

Həkim-seksopatoloq: “Siqaret çəkmək impotensiya törədir”

Həkim-seksopatoloq: “Siqaret çəkmək impotensiya törədir”

Ölkə

26 Noyabr 2012, 11:56

“Əvvəl siqaret çəkirsən ki, kişi olduğunu isbat edəsən, sonra siqaretdən qurtulmaq, atmaq istəyirsən ki, kişi olduğunu sübut edəsən”. Məşhur dedektiv-yazar Jorj Simenon belə deyib.  Dünya Səhiyyə Təşkilatının məlumatı da bu kəlamı təsdiqləyir. Təşkilatın hesabatında siqaret 21-ci əsrin taunu adlandırılır. Buna görə də dünyanın əksər dövlətləri siqaretə qarşı məhdudiyyətlər, qadağalar həyata keçirirlər, onun sağlamlığa nə qədər zərərli olması ilə əlaqədar maarifləndirmə işləri aparırlar. Bununla belə, bu gün dünyada hər 4 nəfərdən biri, başqa sözlə, 1,7 milyarda yaxın insan siqaret çəkir. Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür. DST-nin verdiyi məlumata görə, hər il tütün məmulatlarından istifadə 5,4 milyona yaxın insanın həyatına son qoyur. 2020-ci ildə isə, bu rəqəmin 2 dəfə artacağı, XXI əsrdə 1 milyard insanın tütündən öləcəyi gözlənilir.

Ölkəmizdə də bu problem acınacaqlı vəziyyətdədir. Əhali arasında hər 3 nəfərindən 1-i siqaret çəkən hesab olunur. Belə ki, Azərbaycanda 3 milyona yaxın siqaret çəkən olduğu təxmin edilir ki, bu da dünyada yüksək göstəricilərdən biridir. ÜST-ün 2011-ci ildə hazırladığı son siyahıda Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə dünya ölkələri arasında 22-ci yeri tutur.

Androloq-seksopatoloq Həsən Səmədov Modern.az-a açıqlamasında bildirib ki, siqaret çəkmək insanda impotensiya yaradır. Həkimin sözlərinə görə, siqaret tüstüsünün tərkibində onlarla toksiki və zəhərli maddələr var.
“Bu maddələr içində miqdarca çoxluğa malik olanlardan biri də nikotindir. Nikotin damarlara, sinir sisteminə, beyində həyati vacib idarə mərkəzlərinə təsir edən güclü toksindir. Ancaq orqanizmdə ən incə və həssas orqanlar vəzilərdir ki, bunların strukturu, damar şəkli çox incə qurulub. Digər tərəfdən də cinsi vəzlər onlara damarlarla gələn qidalı maddələrə və oksigenə çox böyük tələbatları vardır. Bunlar qalxanabənzər, mədəaltı, böyrəküstü, prostat, xayalar və s vəzlərdir. Bütün orqanlar kimi də toksiki təsirlərə cinsi üzvlər də məruz qalır. Nəticədə bu kişilərdə cinsi zəifliyə, ereksiya pozulmalarına, cinsi aktın pozulmasına, sonsuzluğa, xayaların və penisin kiçilməsinə, qadınlarda cinsi funksiyanın zəifləməsinə, aybaşı siklinin pozulmalarına, yumurtalıqların xəstəliklərinə səbəb olur. Tüstünün tərkibində CO-dəm qazı, qatran, natamam yanma məhsulları, kanserogenlər və son dövrlərdə tüstünün tərkibində radioaktiv maddələr də aşkarlanıb”.

H. Səmədov siqaretdə olan toksiki maddələrin cinsi üzvlərə müxtəlif təsir göstərdiyini deyib: “Siqaret çəkmək toxumaların qan təchizatının pozulması ilə əlaqədar qidalanmaması, hipoksiyası, nəticədə toxumaların hipotrofiyasına sonradan isə atrofiyasına gətirib çıxarır. Toksiki təsir nəticəsində toxumaların dağılması, hüceyrələrin məhv olması, öz funksiyalarını yerinə yetirə bilməməsi və spermatazoidlərin əmələ gəlməsinin pozulması, və qeyri-normal spermatazoidlərin əmələ gəlməsi baş verir. Sinir sisteminə təsir nəticəsində Qonadatrop hormanların sintezinin pozulması, kanserogen təsir, prostat vəzi və digər vəzlərdə onkoloji törəmələrin, xərçəng xəstəliyinin əmələ gəlməsinə şərait yaradır”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı