Modern.az

Əli Kərimli özünə yeni müşavir təyin edib

Əli Kərimli özünə yeni müşavir təyin edib

Ölkə

28 Noyabr 2012, 14:21

AXCP sədri Əli Kərimli partiya daxilində kadr dəyişikliyi həyata keçirib. Modern.az bildirir ki, partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Əli Kərimlinin sərəncamı ilə Şakir Abbasovun tutduğu müşavir postuna partiyanın ən fəal qadın üzvlərindən olan Zərifə Məhəddinova təyin edilib.
Zərifə Məhəddinova 1979-cu ildə Azərbaycan Xarici Dillər Unversitetinin ingilis və fransız dilləri ixtisasını bitirib, əvvəlcə Azərbaycan Elmlər Akademiyasında çalışıb, sonra isə orta məktəblərdən birində ingilis dili müəlliməsi işləyib. 2006-cı ilə qədər dövlət orqanlarında çalışıb.
Hazırda AXCP-nin fəal təmsilçilərindən biri kimi partiya işlərində yaxından iştirak edir.
Z.Məhəddinova son illərdə AXCP-nin və İctimai Palatanın təşkil etdiyi kütləvi aksiyaların da ən fəal iştirakçılarından biridir.
Ailəlidir, 3 övladı var.  

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı