Modern.az

Elşad Abdullayevdən yeni AÇIQLAMA: "Məni Sevinc Babayeva ilə o, tanış edib"

Elşad Abdullayevdən yeni AÇIQLAMA: "Məni Sevinc Babayeva ilə o, tanış edib"

Ölkə

28 Noyabr 2012, 22:11

”Azərbaycanda adam oğurlugu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək əvəzinə xalqı çaşdıran yalan məlumatlar yayırlar”

Fəaliyyət dayanmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev deputat Nizami Cəfərovla bağlı yayılan məlumatlara aydınlıq gətirib. Elşad Abdullayev Modern.az saytına verdiyi açıqlamada aşağıdakıları bildirib:

”Üç video yayılıb, hazıra qədər də Müstəqil İstintaq Komissiyası heç birinə huquqi cavab verməyib. Azərbaycanda adam oğurlugu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək əvəzinə, bəzi qəzetçilər xalqı və istintaqı çaşdıran yalan şayiələr yazırlar. Bunlardan biri də guya, mənimlə Sevinc Babayevanı tanış edən parlamentin deputatı, hörmətli professor Nizami Cəfərovdur. Mən, hörmətli professor Nizami Cəfərovu həm Azərbaycan Milli Elmlər Akademiyasında, həm də Bakı Dövlət Universitendə işlədiyim uzun müddətdən tanıyiram, böyuk hörmətim var. Bu yazılan məlumat yalandır, mənim Sevinc Babayeva ilə kecmiş deputat Gülər Əhmədova vasitəsi ilə tanış olmuşam. Bu tanışlıqdan sonra Sevinc mənimlə Gülər Əhmədova arasında vasitəçilik etməklə məşgul olub.
Başa düşmək olmur ki, keçmiş deputat Gülər Əhmədovanın, Daxil İşlər Nazirliynin VII İdarəsinin polkovniki Rövşən Abbasquliyevin və məhkəmə sistemində uzun müddət işləmiş Bakı şəhəri Nərimanov payon Məkəməsinin sədri Hacı Agababanın videogörüntülərinə aydınlıq gətirib huquqi qiymət vermək əvəzinə, xalqı caşdıran məlumatları yayan bəzi qəzetcilərin məqsədi əsas cinayətkarları gizlətməkdir”.

Qeyd edək ki, “Bizim yol” qəzeti Sevinc Babayevanı ABU-nun keçmiş rektoru ilə millət vəkili Nizami Cəfərovun tanış etdiyi haqda məlumat yayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı