Modern.az

Azərbaycandakı oxşarlar ... Onlar sizi də çaşdıra bilərlər ? - FOTOLAR

Azərbaycandakı oxşarlar ... Onlar sizi də çaşdıra bilərlər ? - FOTOLAR

Ölkə

1 Dekabr 2012, 13:42

 

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əlavə təqdimatına ehtiyac yoxdur, onu Azərbaycanda tanımayan çox az adam tapılar. Kəmələddin müəllim populyarlıq dərəcəsinə görə, siyasətlə maraqlananların da, maraqlanmayanların da yaxşı tanıdığı məmurlar sırasında öncüllərdəndir.

Bəs fövqəladə hallar nazirinin “Oxşarlar” layihəsinə daxil ola bilən bənzəri kim ola bilər?

Bəziləri onun oxşarı kimi Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovu göstərirlər...
Əslində diqqətlə baxanda Kəmaləddin Heydərovla Fuad Ələsgərovun sifət cizgiləri, mimikaları, saç düzümlərində müəyyən qədər oxşarlıq var. Yeri gəlmişkən, hakimiyyət kluarlarında gəzən söz-spöhbətlərə görə, Fuad Ələsgərov siyasi iddiaları olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla həm də müttəfiqdir. Yəni onların eyni qruplaşmada təmsil olunduğu iddia edilir.

Qısası, bəzi adamlar Kəmaləddin Heydərovla Fuad Ələsgərovun üz cizgilərinə görə bir-birlərinə çox bənzədiyi qənaətindədirlər.

Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov


Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov

A.Qorxmaz
***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/

Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/

Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı