“Mən siyasi sığınacaq almaq məqsədilə Fransa Məhkəməsinə müraciət etməmişəm, hələ Bakıda olan zaman qardaşım Mahir Abdullayevi ogurlayan mütəşəkkil cinayətkar təşkilatdan Avropa Məhkəməsinə şikayət etmişəm, indi də bu işlə bağlı hazırlıq işləri gedir. Yeri gəlmişkən, heç bundan ötrü siyasi sığınacağa da ehtiyac yoxdur. Bu gün Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat əlində olan imkandan və puldan maksimum istifadə edir ki, bu işə Strasburq Məhkəməsində baxılmasının qarşısını alsın”.
Bu sözləri Modern.az-a fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Fransa Məhkəməsinin ona siyasi sığınacaq verməyəcəyi barədə mediada yayılan məlumatlara münasibət bildirərkən deyib.
Elşad Abdullayev deyir ki, adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat müxtəlif yollarla, müxtəlif vasitələrlə onun barəsində mətbuata həqiqətə uyğun olmayan xəbərlər ötürür.
“Mənimlə əlaqədar sensasiya xarakterli həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Son zamanlar bəzi qəzetçilər də yalana söykənən sensasiya xarakterli məlumatlar yazmaqla adam oğurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı bir növ gizlədir, onun marağına uygun hərəkət edir. Amma jurnalist qələminə sadiq olan yazarlar da var ki, Azərbaycandakı adam ogurlugu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa edirlər, hadisələrə qərəzsis və düzgün yanaşırlar, belə jurnalislərlə fəxr edirəm, fürsətdən istifadə edib onlara təşəkkür edirəm. Ancaq bəzi qəzetçilər xalqı və istintaqı – Müstəqil İstintaq Komissiyasını çaşdırmaq məqsədilə bizim tərəfimizdən yayılmış 3 videoya qiymət vermək əvəzinə, Azərbaycanda adam oğurluğu kimi sosial təhlükəli bir cinayəti heç bir əsası olmayan yanlış istiqamətə yönəltməyə cəhd edirlər. Bu işlə heç bir əlaqəsi olmayan Nəcməddin Sadıqovu, Məhərrəm Əliyevi, Ziyafət Əsgərovu, Eldar Həsənovu, Nizami Cəfərovu mənimlə əlaqələndirməyə çalışırlar. İndiyədək mənimlə bağlı mediada 30-dan cox yalan məlumat yayıblar.
Hesab edirəm ki, Müstəqil İstintaq Komissiyası mənimlə bağlı həqiqətə uyğun olmayan yalan məlumatlar yazan, həmin məqalələri sifariş edənlərin istintaqını aparsa, bu cinayət işi açılmış olar. Bu yaxınlarda, bir həftə öncə, Avropa Birliyi Kommissiyasının rəhbəri Nelle Kroesse Bakıda bəyanat vermişdi ki, Azərbaycanda nə cinayəti icra edənlər, nə də onu sifariş edənlər cinayət məsuliyyətinə cəlb olunurlar…
Bir hüquqşünas kimi demək istəyirəm, Müstəqil İstintaq Komissiyası yaranana qədər 12 müstəntiqə və mənə qardaşım Mahirin oğurluğu ilə bağlı cinayət açıq işdir, hec bir sübuta ehtiyacı olmayan huquqi aksiomadır. Yalnız bu problemin obyektiv həll olunması ücün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi iradəsi lazımdır”.