Modern.az

Adil İsmayılov: “Elşad Abdullayev Fransadan çıxıb Bakıya gəlir”

Adil İsmayılov: “Elşad Abdullayev Fransadan çıxıb Bakıya gəlir”

Ölkə

3 Dekabr 2012, 16:42

Xəbər  saytlarında Azərbaycan Beynəlxalq Universitetin (ABU) keçmiş rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin Bakıya gəlməsi haqda məlumat yayılıb. Bildirilib ki, E.Abdullayev dekabrın 3-ü, saat 12:50-də o Bakı Beynəlxalq Hava Limanında olub.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Elşad Abdullayevin vəkili Adil İsmayılov mətbuatda gedən yazılara ironiya ilə münasibət bildirib.

“Doğrudur, Elşad Abdullayev Fransadan bu gün səhər saatlarından çıxıb piyada Bakıya yol gəlir”-, deyə vəkil cavab verib.
A.İsmayılov  bu xəbərlərin heç bir əsası olmadığını vurğulayıb.

Bəzi saytlar “Olaylar” agentliyinə istinadən xəbər yayıblar ki, Elşad Abdullayev bu gün Bakıya gəlib. Bildirilib ki, o, sabiq deputat Gülər Əhmədovanın, Bakı ağır cinayətlər məhkəməsinin hakimi Ağababa Babayev və digər məmurların iştirakı ilə olan video çarxlarla bağlı sorğu-sual ediləcək.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı