Modern.az

Tale Heydərovun keçmiş oyunçusu “Qəbələ” klubundan danışıb: “...pula pul demirlər…”

Tale Heydərovun keçmiş oyunçusu “Qəbələ” klubundan danışıb: “...pula pul demirlər…”

Ölkə

4 Dekabr 2012, 19:04

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus «Qəbələ» futbol klubunun Şotlandiyadan olan keçmiş oyunçusu maraqlı açıqlamalar verib.

Şotlandiyal qapıçı Graeme Smith öz ölkəsində jurnalistlərə bildirib ki, Azərbaycanın «Qəbələ» futbol klubunda bir mövsüm oynadıqdan sonra «gözləri açılıb».
Şotland futbolçu deyib ki, əsl istedadı güləş olan millətin – azərbaycanlıların- futbol klubundakı təcrübəsindən sonra qərara gəlib ki, öz vətənin futboluna yuxarıdan aşağı baxmasın.
Modern.az saytı bildirir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Şotlandiya mətbuatının «ulduz qapıçı» adlandırdığı futbolçu deyir ki, Qəbələdə çıxışından sonra Şotlandiya klublarının özlərinin kasad büdcələri ilə daha yaxşı oynadıqlarını və nə qədər fədakar olduqlarını anlayıb.

O, bu sözləri «Qəbələ»nin britaniyalı məşqçisi Tony Adamsla bağladığı qısamüddətli kontraktı başa çatdıqdan xeyli sonra deyib.

Hazırda Graeme Smith öz vətənində «Partick Thistle» klubu ilə qısamüddətli kontrakt imzalayıb.

“Onlarınkı futbol yox, güləşdir, amma kalan pullari var…”. Azərbaycana səfəri haqqında qapıçı belə deyir:  «Mən ora getdim ki, Şotlandiya futbolundan fərqli bir təcrübə keçim və bu, doğrudan da fərqli idi».

«Azərbaycanda futbol klublarının kütləvi azarkeşləri yoxdur» deyən Smith daha sonra ölkəmiz  baradə bunları söylləyib: «Futbol oranın əsas idman növü deyil. Onlarınkı güləşdir. Amma pula pul demirlər…».

Futbolçu bildirib ki, Azərbaycanda ilk 6-lığa daxil olan futbol klublarının büdcəsi Şotlandiya klublarınkından 10-15 dəfə artıqdır:
«Klub sahibləri komandalara pul səpələyirlər, hələ hökumət də vəsait ayırır. Onlar beləcə idmanı inkişaf etdirmək istəyirlər».

Qapıçı daha sonra şotland klublarını Azərbaycan komandaları ilə müqayisə edib: «Bizim «Qəbələ» qədər pulumuz olsa, görün nə möcüzələr göstərərik».

Maraqlıdır ki, qapıçı Smith «Qəbələ»nin heyətində yalnız 7 dəfə meydançaya çıxıb.
 
«Oralar əlbəttə, Edinburqla müqayisə olunmaz. Amma mən bu təcrübədən doğrudan da həzz aldım», deyə qapıçı bildidb:

 «Orada oyunçuların bəlkə də 50 faizi müsəlmanlar idi və çox vaxt soyunub-geyinmə otağında ibadət edirdilər».

​​Graeme Smith deyib ki, onların ingilis tərcüməçiləri olub. İngilis dili «Qəbələ» klubunda ikinci dil imiş və məhz buna görə də o, «mədəniyyət şoku» almayıb.

Qeyd edək ki, «Qəbələ» futbol klubunun prezidenti Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovdur.  T.Heydərovun həm də böyük biznesə rəhbərlik etdiyi, "Gilan" Holdinq Şirkətlər Qrupunun İdarə Heyətində təmsil olunduğu bildirilir. Holdinqə daxil olan müxtəlif şirkətlər çeşidli məhsullar istehsal edir.  O, diaspor fəaliyyətilə məşğul olan “Avropa-Azərbaycan Cəmiyyəti”nin də sədridir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı