Modern.az

Azərbaycanın korrupsiya göstəricisinə görə dünyadakı yeri açıqlandı - ÖLKƏLƏRİN SİYAHISI

Azərbaycanın korrupsiya göstəricisinə görə dünyadakı yeri açıqlandı - ÖLKƏLƏRİN SİYAHISI

Ölkə

5 Dekabr 2012, 10:41

Transparency International təşkilatının Azərbaycan milli bölməsi 2012-ci il Korrupsiya Qavrama İndeksini təqdim edib. Qurumdan Modern.az-a bildirlib ki, bu il indeksdə Azərbaycan 27  balla,  176 ölkə arasında 139-cu sırada yer alıb. Bu ildən etibarən İndeks yeni qaydada hazırlanır. Əgər əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, bu ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir.

Ötən il Azərbaycan 2.4 balla, 183 ölkə arasında 143-cü sırada göstərilmişdi. Metodologiyada dəyişikliklər edildiyindən bu il açıqlanan İndeksi, ötən illərin hesabatı ilə müqayisə etmək mümkün deyil.  

Əvvəlki illərdə indeks hazırlanarkən ölkənin mövqeyini müəyyənləşdirmək üçün onun bir sıra digər hesabatlarda tutduğu mövqe (sıralama) nəzərə alınırdısa, bu ildən etibarən ölkənin digər hesabatlarda topladığı ballar nəzərə alınır. Bu isə o deməkdir ki, bundan sonra ölkənin digər hesabatlarda aldığı qiymətlər bu indeksdə verilən qiymətə birbaşa təsir göstərəcək və ölkələrin nəticələri digər ölklərin göstəricilərindən asılı olmayacaq.

Digər fərq isə hesabat hazırlanan zaman istinad edilən mənbələr ilə  bağlıdır. Belə ki, əgər əvvəlki illərdə ölkə ilə bağlı son iki il ərzində hazırlanan hesabatlar nəzərə alınırdısa, bu ildən etibarən iki ildən gec olmayan müddət ərzində ölkə haqqında dərc olunan ən son hesabatın göstəriciləri əsas götürülür.
2012-ci il Korrupsiya Qavrama İndeksininin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.

KQİ Transparency International təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir və ötən dövr ərzində qarşıya çıxan bir çox yeniliklər və dəyişikliklər, hesabatın hazırlanmasında yeni metodologiyanın tətbiqini zəruri edir. Nəzərə almaq lazımdır ki, KQİ dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərə əsasən hazırlanır və bu indeks heç bir halda ölkədə korrupsiyanın tam səviyyəsini müəyyən etmir.  

Qurum bildirib ki, Azərbaycanda cari il ərzində  korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra mühüm addımlar atılıb, xüsusən antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.  
Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015–ci illər üçün Milli Fəaliyyət Planı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis edilməsi də müsbət qiymətləndirilməli məqamlar sırasındadır. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarı da mütərəqqi addımlardan biridir.

“Amma qəbul edilməlidir ki, ötən dövr ərzində elektron xidmətin göstərilməsi ilə bağlı ictimaiyyətin gözləntiləri özünü tam mənada doğrultmayıb.

Korrupsiyaya qarşı mübarizə davamlı olmalı və kampaniya şəklində aparılmamalıdır.  Korrupsiyaya qarşı Mübarizə İdarəsinin son vaxtlar korrupsioner məmurlarla bağlı apardığı siyasət, korrupsionerlərin cinayət məsuliyyətinə cəlb olunmaları təqdirəlayiqdir, amma haqqlarında cinayət işi açılan məmurların əksəriyyəti kiçik və orta çinli məmurlardır ki, bu da mübarizənin effektiv nəticələr verməsinə mane olur, prosesin ümumi inkişafına kölgə salır. Lakin korrupsiyaya qarşı mübarizə yalnız onun nəticələrinə qarşı aparılmamalı, korrupsiyanı yaradan şəraiti aradan qaldırmalıdır”-deyə Transparency International təşkilatının Azərbaycan milli bölməsindən bildirilib.

Korrupsiya Qavrama İndeksi (KQİ) nədir?
Transparency International təşkilatının tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət  sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralanmasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ  inzibati və siyasi korrupsiyanın qavrayışının qiymətləndirməsidir, bu bütövlükdə dövlətin və ya cəmiyyətin korrupsiyaya uğraması kimi qiymətləndirilməməlidir.
Bu ildən indeks yeni qaydada hazırlanır. Əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, bu ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbəti əsas götürülüb.

KQİ 2012-də Azərbaycanın topladığı bal nə qədərdir?

Bu il indeksdə Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada yer alıb. Ötən il Azərbaycan 2.4 balla, 183 ölkə arasında 143-cü sırada göstərilmişdi. Verilən xallardan da, göründüyü kimi, bu ildən etibarən İndeks yeni qaydada hazırlanır, məhz bu səbəbdən, bu il açıqlanan İndeksi ötən illərin nəticəsi ilə müqayisə etmək mümkün deyil.

Region ölkələrinin KQİ-də göstəriciləri necədir?

Regionda ən yaxşı göstərici Gürcüstana məxsusudur. 52 balla qiymətləndirilən Gürcüstan ümumi sıralamada 51-cı sıradadır. Ötən illərlə müqayisədə ən çox irəliləyişin qeydə alındığı ölkələrdən biri isə Moldovadır. Bu ölkə, 36 xalla 94-cü sırada yer alıb. Ermənistan isə 34 balla 105-ci yerdədir.  Belarus 31 balla, 123-cü, Rusiya ilə Qazaxıstan isə 28 xalla, 133-cü mövqedədirlər. Digər ölkələrin göstəriciləri isə aşağıdakı kimidir.

Transparency International

 

Korrupsiya Qavrama İndeksi (KQİ) 2012

 

1

Danimarka

90

1

Finlandiya

90

1

Yeni  Zelandiya

90

4

İsveç

88

5

Sinqapur

87

6

İsveçrə

86

7

Avstraliya

85

7

Norveç

85

9

Kanada

84

9

Niderland

84

11

Islandiya

82

12

Luksemburq

80

13

Almaniya

79

14

Honq Konq

77

15

Barbados

76

16

Belçika

75

17

Yaponiya

74

17

Birləşmiş Krallıq

74

19

ABŞ

73

20

Çili

72

20

Uruqvay

72

22

Baham adaları

71

22

Fransa

71

22

Santa Lucia

71

25

Avstriya

69

25

Irlandiya

69

27

Qətər

68

27

Birləşmiş Ərəb Əmirlikləri

68

29

Kipr

66

30

Botsvana

65

30

İspaniya

65

32

Estoniya

64

33

Butan

63

33

Portuqaliya

63

33

Puerto Riko

63

36

Sant Vinsent və   Qrenadin adaları

62

37

Sloveniya

61

37

Tayvan

61

39

Kapo Verde

60

39

Israil

60

41

Dominika

58

41

Polşa

58

43

Malta

57

43

Mavritaniya

57

45

Korea Respublikası

56

46

Bruney

55

46

Macarıstan

55

48

Kosta Rika

54

48

Litva

54

50

Ruanda

53

51

Gürcüstan

52

51

Seyşel adaları

52

53

Bəhreyn

51

54

Çex Respublikası

49

54

Latviya

49

54

Malayziya

49

54

Türkiyə

49

58

Kuba

48

58

İordaniya

48

58

Namibiya

48

61

Oman

47

62

Xorvatiya

46

62

Slovakiya

46

64

Qana

45

64

Lesoto

45

66

Kuveyt

44

66

Rumıniya

44

66

Səudiyyə Ərəbistanı

44

69

Braziliya

43

69

Makedoniya

43

69

CAR

43

72

Bosniya and Herseqovina

42

72

Italiya

42

72

Sao Tome and Principe

42

75

Bolqariya

41

75

Liberiya

41

75

Monteneqro

41

75

Tunis

41

79

Şri Lanka

40

80

Çın

39

80

Serbiya

39

80

Trinidad  Tobago

39

83

Burkina Faso

38

83

 Salvador

38

83

Yamayka

38

83

Panama

38

83

Peru

38

88

Malavi

37

88

Mərakeş

37

88

Surinam

37

88

Svazilend

37

88

Tayland

37

88

Zambiya

37

94

Benin

36

94

Kolumbiya

36

94

Cibuti

36

94

Yunanıstan

36

94

Hindistan

36

94

Maldova

36

94

Monqolustan

36

94

Seneqal

36

102

Argentina

35

102

Qabon

35

102

Tanzaniya

35

105

Əlcəzair

34

105

Ermənistan

34

105

Boliviya

34

105

Qambiya

34

105

Kosova

34

105

Mali

34

105

Meksika

34

105

Filippin

34

113

Albaniya

33

113

Efiopiya

33

113

Gvatemala

33

113

Niger

33

113

Timor-Leste

33

118

Dominikan Respublikası

32

118

Ekvador

32

118

Misir

32

118

Indoneziya

32

118

Madaqaskar

32

123

Belarusiya

31

123

Mavritaniya

31

123

Mozambik

31

123

Sierre Leone

31

123

Vyetnam

31

128

Livan

30

128

Toqo

30

130

Kotdivuar

29

130

Nikaraqua

29

130

Uqanda

29

133

Komoros

28

133

Gayana

28

133

Honduras

28

133

Iran

28

133

Qazaxıstan

28

133

Rusiya

28

139

Azərbaycan

27

139

Keniya

27

139

Nepal

27

139

Nigeriya

27

139

Pakistan

27

144

Banqladeş

26

144

Kamerun

26

144

Mərkəzi  Afrika Respublikası

26

144

Konqo Respublikası

26

144

Suriya

26

144

Ukrayna

26

150

Eritreya

25

150

Gvineya-Bissau

25

150

Papua yeni  Qvineya

25

150

Paraqvay

25

154

Qvineya

24

154

Qırğızıstan

24

156

Yəmən

23

157

Anqola

22

157

Kamboca

22

157

Tacikistan

22

160

Konqo Demokratik Respublikası

21

160

Laos

21

160

Liviya

21

163

Eqvatorial Qvineya

20

163

Zimbabve

20

165

Burundi

19

165

Çad

19

165

Haiti

19

165

Venesuela

19

169

Iraq

18

170

Türkmənistan

17

170

Özbəkistan

17

172

Myanma

15

173

Sudan

13

174

Əfqanıstan

8

174

Şimali Korea

8

174

Somali

8



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı