Modern.az

“Ad günü” - İlyas İsmayılov Rəsul Quliyevi niyə "quru təbrik"etdi? - RUBRİKA

“Ad günü” - İlyas İsmayılov Rəsul Quliyevi niyə "quru təbrik"etdi? - RUBRİKA

Ölkə

10 Dekabr 2012, 12:33

Modern.az   “Ad günü” adlı rubrikasını davam etdirir.  Rubrikamızda əsas məqsəd  ad günü olan məşhurlara başqa tanınmışlardan münasibət öyrənməkdir.

Bu dəfə rubrikada Milli Məclisin keçmiş sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevdən bəhs olunur, çünki bu gün onun doğum günüdür. Dekabrın 10-da Rəsul bəyin 65 yaşı tamam olub.

Bir zamanlar Azərbyacan Demokrat Partiyasında Rəsul Quliyevlə bir yerdə həmsədr olmuş millət vəkili İlyas İsmayılovdan keçmiş həmkarına ad günü təbrikini çatdırmağı istədik.

“Mən sizi təbrik edirəm, can sağlığı, uzun ömür arzulayıram”-deyə İ.İsmayılov təbrikini çatdırıb. 

Amma Ədalət Partiyasının sədri İlyas İsmayılov eks-spiker R.Quliyevin hazırkı siyasi fəaliyyəti barədə heç nə deyə biməyəcəyini vurğulayıb.

“Hazırkı fəaliyyəti haqqqında heç nə deyə bilmərəm, məlumatım yoxdur. Ad gunundə adamı təbrik edirlər, xoş sözlər deyirlər”-deyə İ.İsmayılov vurğulayıb.   

Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova   

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı