Modern.az

“8 partiyanın görüşünə Müsavatı da dəvət etmişdik, gəlmədilər” - Sərdar Cəlaloğlu

“8 partiyanın görüşünə Müsavatı da dəvət etmişdik, gəlmədilər” - Sərdar Cəlaloğlu

Ölkə

10 Dekabr 2012, 15:17

ADP sədri Sərdar Cəlaloğlu Ziyalılar Forumu ilə ölkənin 8 müxalif partiya rəhbərinin dekabrın 7-də keçirilən gizli görüşü barədə Modern.az-a açıqlama verib. Partiya sədri məsələnin mətbuatda göründüyü kimi olmadığını bildirib.

“Ziyalılar Forumu dedikdə Rafiq Əliyevlə görüşmüşük. Görüş sırf şam yeməyi xarakterli idi. Bu görüşlə bağlı mətbuatda gedən məlumatlar həqiqəti əks etdirmir. Biz bu görüşdə xüsusi bir məsələni müzakirə etməmişdik. Sadəcə şam yeməyi yeyib, söhbətləşmişik”, - deyə S.Cəlaloğlu açıqlama verib.

Görüşün “Qarabağ” bloku tərəfindən təşkil edildiyini deyən S.Cəlaloğlu orada  Müsavat Partiyasının nə üçün iştirak etməməsi ilə bağlı suala belə cavab verib:

“Biz Müsavat Partiyasını da dəvət etmişdik. Onlar imtina edib gəlmədilər”.

Müsavat Partiyasının funksionerləri Gülağa Aslanlı və Tofiq Yaqublu Modern.az-a bu görüş barədə məlumata malik olmadıqlarını deyiblər. Başqan İsa Qəmbərlə isə əlaqə yarada bilmədik.

Qeyd edək ki, ki, paytaxtdakı “Asiman” restoranında keçirilən görüşdə ADP sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimli, Ümid partiyasının rəhbəri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə,  KXCP sədri Mirmahud Mirəlioğlu və Ziyalılar Forumunun üzvü Rafiq Əliyev iştirak ediblər.


Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı