Modern.az

ATV telekanalının əməkdaşı bıçaqlandı

ATV telekanalının əməkdaşı bıçaqlandı

Ölkə

11 Dekabr 2012, 11:09

Bakıda bıçaqlanma hadisəsi baş verib. Modern.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Bakı şəhər sakini, 27 yaşlı Nemət Eldar oğlu Cəfərov naməlum şəraitdə bıçaqlanıb. Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır-stabil qiymətləndirilir.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, N. Cəfərov Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!