Bu gün Mehman Cavadoğlunun ad günüdür. Müsavat Partiyası başqanı müavininin 57 yaşı tamam olur. M.Cavadoğluna doğum günü ilə bağlı təbrikləri Modern.az saytının redaktoru Əziz Rzazadə çatdırır:
“Dəyərli Mehman bəy! Ad gününüzün dekabrın 11-ə təsadüf etməsini eşidincə, Sizi təbrik etmək təşəbbüsündə bulundum. Aramızdakı söhbətlər çox qısa, görüşlərimiz ötəri olsa da, Sizə dərin hörmətim var. Zarafat deyil, Qabriel Qarsia Markesdən tərcümə etdiyim və artıq oxuculara çatmış dörd kitabdan ikisinin və öz ədəbi məhsulum olan “Şəbəkə” romanının ədəbi redaktoru olmusunuz.
Sizi ilk növbədə qəzetçi kimi tanımışam. “Müxalifət” qəzetində baş redaktor olduğunuz dövr yaxşı yadımdadır. Sonralar “Rezonans”da işlədiyiniz dönəm də. Bu illərdə Sizi ömür xatirəmə peşəkar baş redaktor və qəzetçi kimi həkk etdim. Ədəbiyyata, xüsusən tərcümə ədəbiyyatına qoyduğunuz zəhmət də yaddaşımda layiqli qiymətini alıb.
İndi daha çox siyasi fəaliyyətlə tanınırsınız. Amma mənimçün Siz bütöv bir brendsiniz – Mehman Cavadoğlu: siyasətçi, ədəbi redaktor və qəzetçi – hər üçü bir yerdə.
Sizə cansağlığı, uzun ömür və yaddaşlarda həmişə bütöv Mehman Cavadoğlu kimi qalmanızı arzu edirəm”.
Təbriki çatdırmaqda vasitəçi oldu: Nihadə Eyyubova