“Vaxt gedir, seçkilərə 10 ay müddət qalıb, amma hələ də İctimai Palatada vahid real namizədlə bağlı yekun qərar qəbul olunmayıb”. Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu İctimai Palatada vahid namizədlə bağlı yaranan fikir ayrılığına münasibət bildirərkən deyib.
Ekspert onu da qeyd edib ki, bunun əsas səbəblərindən biri rəqabətdir.
“İsa Qəmbər və Əli Kərimli arasında rəqabət gedir. Əgər qarşılıqlı razılaşma yolu ilə tərəflər namizədi müəyyənləşdirə bilməsələr, Əli Kərimlinin təklif etdiyi vahid namizədin seçki ilə təyin edilməsi məsələsi üzərində durmalıdırlar. Bu barədə də ortaq fikrə gəlməsələr, İctimai Palatanın fəaliyyəti sual altında qalacaq”-deyə vurğulayıb.
Aqşin Kərimov