Modern.az

Müdafiə Komitəsi: “Fərhad Əliyevin əfvi prezidentin səlahiyyətindədir” - AÇIQLAMA

Müdafiə Komitəsi: “Fərhad Əliyevin əfvi prezidentin səlahiyyətindədir” - AÇIQLAMA

Ölkə

12 Dekabr 2012, 09:56

“Fərhad Əliyev cəzanın yarısından çoxunu çəkib. Odur ki, o, Azərbaycan qanunlarına görə, hüququndan istifadə edərək əfv üçün müraciət edə bilər”.

Bunu Modern.az-a eks-iqtisadi inkişaf naziri Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, sabiq millət vəkili Cəmil Həsənli deyib. Onun sözlərinə görə, Fərhad Əliyevin qanunsuz həbs olunmasını Avropa Məhkəməsinin qərarı açıq şəkildə yazılıb.  Komitə dəfələrlə Azərbaycan rəhbərliyinə eks-nazirin azad olunması üçün müraciət edib.

Cəmil Həsənlinin sözlərinə görə, komitə sədri kimi onunla sonuncu dəfə nə vaxt görüşdüyünü xatırlamır.
“Fərhad Əliyevin Hüquqlarının Müdafiəsi Komitəsi dəfələrlə Azərbaycan rəhbərliyinə onun azad olunması üçün müraciət edib. Əfv isə prezidentin müstəsna səlahiyyətidir. Ölkə başçısı bu səlahiyyətdən istifadə edərək, onu əfv edə bilər. Biz də arzu edirik ki, o əfv olunsun”.

Avropa Məhkəməsinin Fərhad Əliyevlə haqqında qərarında göstərilir ki, ona qarşı Avropa İnsan Haqları Xartiyasının bir neçə prinsipinin pozulub. C. Həsənlinin sözlərinə görə, bu qərar məhkəmə vasitəsilə 2 il bundan qabaq qəbul olunub:

“Bu qərar Avropa Məhkəməsinin qərarı normal bir ölkədə qəbul olunsa idi, onu çox rahat buraxmalı idilər. Çünki həmin qərara görə, onun qanunsuz həbs olunduğu göstərilir. Əgər həbs qanunsuz olubsa, bundan sonra gələn bütün qərarlar qanunsuz hesab olunur. Avropa Məhkəməsinin qətnaməsi isə o vaxt qüvvədə olar ki, yeri icra strukturları onu icra etsin. Əfv isə prezidentin səlahiyyətinə aiddir”.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı