Modern.az

Arif Hacılı: “Hakimiyyətin “əlaltısı” adlandıqları şəxslərlə müzakirəyə başladılar” - İTTİHAM

Arif Hacılı: “Hakimiyyətin “əlaltısı” adlandıqları şəxslərlə müzakirəyə başladılar” - İTTİHAM

Ölkə

12 Dekabr 2012, 10:20

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı vahid namizəd məsələsi ilə bağlı müxalifət partiyaları arasında aparılan müzakirələri kəskin tənqid edib. Müsavatın qatılmadığı 8 partiyanın görüşünə toxunan A.Hacılı bəzilərini hakimiyyətin “əlaltısı” adlandırdıqları şəxslərlə bir masa arxasında vahid namizəd məsələsi ilə bağlı müzakirə aparmaqda ittiham edib. 
Modern.az-ın məlumatına görə, A.Hacılı bu haqda Facebook səhifəsində açıqlama verib.

“Mən vahid namizəd mövzusunu Əli Əliyevlə,Yusif Bağırzadə ilə, Əvəz Temirxanla, Sərdar Cəlaloğlu və başqaları ilə müzakirə etməyi təklif etməmişəm. Mən təklif etmişəm ki, bu müzakirələr İctimai Palatada real siyasi qüvvələr, müttəfiqlər arasında aparılsın.
Bir neçə gün əvvələdək vahid namizəd mövzusunun müzakirəsini pis halda hakimiyyətə xidmət, yaxşı halda zərərli təbliğat hesab edənlər,məhz bu mövzunu yenə də son günlərədək hakimiyyətin əlaltısı adlandırdıqları şəxslərlə müzakirə etmələrini necə izah edəcəklər.?!”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı