Modern.az

“Anardan donos yazanın...” - AYB sədrinin iddiasına mətbuat katibindən izah

“Anardan donos yazanın...” - AYB sədrinin iddiasına mətbuat katibindən izah

Ölkə

12 Dekabr 2012, 14:06

“Sübhün səfiri” filminin çəkilişinə qıraqdan-bucaqdan doğurdan da çox badalaqlar gəlindi, maneələr oldu”. Bu, Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun Modern.az-a açıqlamasıdır. O, bu sözləri xalq yazıçısı Anarın “Sübhün səfiri” filminə donos yazılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ə. Əsgəroğlu deyib: “İndiki donoslar da sovet dövrünün donoslarından fərqlidir, amma daha məkrli, hiyləgərdir. Buna baxmayaraq, görkəmli alimlərimizin yazdığı rəylər çox güclü oldu. Və pis niyyətli adamlar xəbis əllərini geri götürdülər”.

Mətbuat xidmətinin rəhbəri donosu kimin yazdığı ilə bağlı ad çəkə bilməyəcəyini bildirib. “Ad çəkmək olmaz. Yəni burada elə söhbətlər var ki, onu demək mümkün deyil”.

Qeyd edək ki, AYB sədri, Xalq yazıçısı Anar Kulis.az-a verdiyi müsahibəsində bildirib ki, “Ağ liman”, “Dədə Qorqud”un ssenarisi, “Gün keçdi” filmi çətinliklə keçib və “Sübhün səfiri” filmindən isə donos yazıblar.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı