Modern.az

Sabiq deputatlar prezidentə şikayət edəcəklər - QALMAQAL

Sabiq deputatlar prezidentə şikayət edəcəklər - QALMAQAL

Ölkə

13 Dekabr 2012, 09:50

Milli Məclisin bir qrup sabiq deputatı (II çağırış) hökumət tərəfindən onlara vəd olunan mənzilləri uzun illərdir ala bilmir. Onlar 10 ildən çoxdur mənzil növbəsində dayanıblar. Eks-millət vəkillərinin sözlərinə görə, 2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra mənzil tikintisi dayandırılıb.

O zaman bir neçə deputata mənzil verilsə də, bəziləri hələ də mənzil ala bilmirlər. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş, hələ də vəd olunan evi ala bilməyən Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov yenidən Modern.az-a danışıb. Eks-deputat artıq bu işlərlə maraqlanmadığını bildirib. Onun sözlərinə görə,  KAT LTD şirkətinin rəhbəri ilə əlaqə saxlamaq mümkün deyil.

“Məsələ ilə bağlı mənim heç bir məlumatım yoxdur. Şirkətdən indiyədək mənimlə əlaqə saxlayan da olmayıb. Tikintinin aparılması haqda yenilik nəzərə çarpmır. Mənim də işlərim o qədər çoxdur ki, heç bu məsələ ilə maraqlanmıram da. Xaraktercə elə adamam ki, dəvət olunmayan yerə gedən deyiləm. Vaxtaşırı Əliməmməd Nuriyevlə əlaqə saxlayırıq. O da mənə deyir ki, evlə əlaqədar məlumatın varmı? Bir-iki dəfə sözləşmişik ki, görüşüb bu məsələnin dalınca gedək. İşlərimizi yoluna qoyandan sonra biz yenidən bu işin üstünə düşəcəyik. Mən özümə sığışdırmıram ki, hər gün gedib onların qapısını döyüm. Bunu həmin şirkət rəhbəri başa düşməlidir. O bilməlidir ki, heç kim öz haqqının pozulmasına imkan verə bilməz. Bizə dəfələrlə söz vedilər ki, evlərinizi tikib verəcəklər, amma ortada heç nə də yoxdur. Biz hələ gözləyirik, son anda cənab prezidentə müraciət edəcəyik”, - deyə R.Qurbanov vurğulayıb.

Modern.az  məsələyə KAT LTD şirkətindən rəsmi münasibət öyrənməyə çalışsa da, bu cəhdi baş tutmayıb. 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı