Modern.az

Moskvadakı "Ocaq" cəmiyyətinin sədri Söyün Sadıqovu görüşə çağırdı: "Onda liderlik bacarığı çox azdır"

Moskvadakı "Ocaq" cəmiyyətinin sədri Söyün Sadıqovu görüşə çağırdı: "Onda liderlik bacarığı çox azdır"

Ölkə

14 Dekabr 2012, 15:20

Moskvada fəaliyyət göstərən “Ocaq” Cəmiyyətinin sədri Tofiq Məlikli son günlər azərbaycanlı iş adamı Söyün Sadıqovun Rusiyadakı Azərbaycan Federal Milli-Mədəni Muxtariyyətinin (Azərros) rəhbərliyindən çıxarılması və eləcə də onun Azərbaycan diasporuna qarşı yönəlik fəaliyyəti haqda mətbuatda yayılan məlumatlara münasibət bildirib.
T.Məlikli Modern.az-a açıqlamasında Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları arasında müəyyən problemlərin olduğunu deyib. O, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərini, xüsusən də Söyün Sadıqovu görüşə çağırdığını deyib. Yaranan problemlərin diaspor fəaliyyətinə mənfi təsir göstərdiyini deyən T.Məlikli Söyün Sadıqovun mənfi xüsusiyyətləti ilə yanaşı, onun həm də müsbət işlər gördüyünü vurğulayıb.

“Rusiyada fəaliyyət göstərən təşkilat rəhbərlərinin iştirakı ilə görüş keçirilməlidir”

“Biz “Ocaq” Cəmiyyəti olaraq bu prosseslərdən kənardayıq. Daxildə gedən prosesləri o qədər də izləmirik. Belə bir mühit yaranıb ki, mütləq bir görüş keçirilməlidir. Ən azından Moskvada, Rusiyada fəaliyyət göstərən təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilməlidir. Vəziyyətin bir təhlili olmalıdır. Bu saat hər şey anlaşılmazdır. Bir-birinə qarşı çıxışlar, bəzən emosional söhbətlər bizi narahat edir.  Görüşün keçirilməsi ideyası var. Biz çalışırıq bu təşəbbüsü göstərək. Görüşməyimiz mütləq vacibdir. Hazırki ittihamlar diaspor fəaliyyətinə və onun imicinə çox böyük zərərdir. Problem varsa, narazılıq varsa, hamımız görüşək, oturaq sakitliklə problemi müzakirə edək.
Böyük bir ciddi tədbir hazırlanmadan əvvəl lokal görüşlər olur. Hazırlıqlar aparmaq lazımdır. Məlumdur ki, müəyyən problem var. Problem olmasaydı, belə vəziyyət də alınmazdı. Bu problemlər, azərbaycanlıların bir-birlərinə xoşagəlməz münasibəti bizim diaspor fəaliyyətimizə mənfi təsir göstərir. Məsələyə konstruktiv yanaşmaq lazımdır. Bəzi adamlar mənfəətlərini kənara buraxmalıdır. Əgər həqiqətən də Azərbaycana və Azərbaycan diasporunda xidmət etmək istəyirlərsə...”, - deyə T.Məlikli deyib.

Söyün Sadıqovun “Azərros”dan uzaqlaşdırılması haqda yayılan xəbərlərdən məlumatsız olduğunu deyən T.Məlikli məsələnin daha da dərinləşəcəyindən ehtiyat etdiklərini bildirib.

“Söyün Sadıqov lider ola bilməz”

“Söyün Sadıqonun “Azərros”dan uzaqlaşdırılmasından xəbərim yoxdur. Mətbuatdan oxuduğuma görə, onun yeni siyasi partiya yaradacağı bildirilir. Bu niyyətdir, yoxsa prosesdir, mən dəqiq deyə bilmərəm. Söyün Sadıqovun fəaliyyətinin müsbət tərəfləri də var, mənfi tərəfəri də. Hesab edirəm ki, Söyün Sadıqovun liderlik bacarığı çox azdır. Liderlik başqa xüsusiyyətdir. Bu da onda yoxdur. Amma onun niyyəti yaxşıdır. Mən onu deyə bilmərəm ki, o diaspor və Azərbaycanın əleyhinədir. Hər oxuyan molla Pənah olmaz. O əgər gedib ermənilərlə görüşürsə, belə özbaşnalıq olmaz. Başqalarının da fikrini öyrənmək lazımdır. Hər bir insan bir iş görməzdən öncə, onun nəticəsi haqda düşünməlidir”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı