Modern.az

Azərbaycandakı oxşarlar ... Onlar sizi də çaşdıra bilərlər ? - FOTOLAR

Azərbaycandakı oxşarlar ... Onlar sizi də çaşdıra bilərlər ? - FOTOLAR

Ölkə

19 Dekabr 2012, 17:47

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.

"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.

Yeni Azərbaycan Partiyasının tanınmış üzvü, bu yaxınlarda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini təyin olunan Səyyad Aranın əlavə təqdimatına ehtiyac yoxdur. Səyyad müəllim uzun müddətdir ictimai-siyasi sahədəki üzdə olan şəxslərdən biridir və onu Azərbaycanda çox adam tanıyır.

Sizcə, Səyyad Aranın “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?

Biz Səyyad Aranın oxşarını da tapdıq. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Bu, Hamımızın ANS-dəki “Qulp” verilişindən tanıdığımız Şuşa Dövlət Dram Teatrının aktyoru Zahid Mehdiyevdir.  Diqqətlə baxanda Səyyad Aranla Zahid Mehdiyevin sifət cizgiləri, mimikaları, saç düzümlərindəki oxşarlığı görmək mümkündür.

Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?


Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini


Şuşa Dövlət Dram Teatrının aktyoru Zahid Mehdiyev

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı