Modern.az

Qocalar, sizə kredit olmaz!!!-Çünki qocasınız - ARAŞDIRMA

Qocalar, sizə kredit olmaz!!!-Çünki qocasınız - ARAŞDIRMA

Ölkə

20 Dekabr 2012, 11:51

Yalnız Azərbaycanda insanın yaşlı olmasını səbəb gətirib ona kredit vermirlər

Son zamanlar maddi vəziyyətin yaratdığı sıxıntı səbəbindən əhalinin əksər hissəsi bankların qapılarını döyməyə məcbur olur. Amma banklar əmək qabiliyyəti oldu-olmadı, pensiya yaşına çatmış şəxslərə kredit verməkdən birmənalı şəkildə imtina edirlər. Banka 58 yaşından yuxarı bir şəxs kredit almaq üçün müraciət etsə kor-peşman, əliboş geri qayıtmalı olacaq. Dünyanın başqa ölkələrindən fərqli olaraq,   Azərbaycanda belə bir halın olması heç də təəccüblü görünmür. Modern.az bankların yaşlılara kredit verməmə səbəbini araşdırıb.

“Bank krediti yüksək maaş alan müştəriyə verir”

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, bankların təqaüd yaşında olanlara kredit verməməsi onların vaxtından əvvəl iş qabiliyyətlərini itirmələri və xəstəlik tapması və ən nəhayətində vaxtsız dünyalarını dəyişməsi ilə əlaqədardır.

Ekspertin dediyinə görə, krediti verən bank həmişə müştərinin daimi işlə təmin olunmasına və maksimum dərəcədə yüksək maaşa malik olmasını nəzərə almağa  çalışır.
“Ona görə də ölkədə pensiya səviyyəsi aşağı olduğundan, xüsusilə də yaşlı insanların fiziki baxımdan dünyasını dəyişmək ehtimalları daha yüksək olduğundan banklar onlara kreditləri verməkdən boyun qaçırırlar. Hətta dövlətin verdiyi ipoteka kreditləşməsində hökumət belə, bu işin arxasında getmək istəmir”.

Ekspertin sözlərinə görə, dünyanın heç bir sivil ölkəsində insanın yaşlı olmasına, təqaüd yaşına çatmasına və ya hansısa yaş limitini keçməsinə görə ona bankdan kredit verilməsindən imtina edilmir.

Banklar pensiyaçıdan qaçır

Azərbaycan da isə yaşlılara kredit verilməməsi həm də kredit faizlərinin yüksək olması ilə bağlıdır. İqtisadçının fikrincə, kredit faizləri yüksək olan halda ona uyğun maaş tələb olunur. Odur ki, kredit faizləri 20-25 faiz olduğundan vəsaitin qaytarılması üçün kredit götürənin qazancının yüksək olması vacibdir:

“Pensiyaçıların isə qazancı stabil olduğundan götürdükləri məbləği ödəməkdə çətinlik çəkirlər. Banklar özlərini sığortalamaqdan ötrü bu kimi müştərilərdən uzaq qaçırlar. Belə bir problem tək yaşlı insanlarla yaşanmır. Ümumiyyətlə, maaşı az olanlar da banklardan kredit ala bilmirlər. Yalnız yüksək vəzifəli, kifayət qədər yüksək əməkhaqqı alan insanlar kredit götürə bilirlər. Kiçik bizneslə məşğul olanlar isə belə kreditlərdən məhrum olurlar”.

Mərkəzi Bank: “Azərbaycanda kreditlə bağlı yaş məhdudiyyəti yoxdur”

Yalnız ipoteka kreditlərində yaş senzinin göstərildiyini deyən Samir Əliyev adi kreditlərdə belə bir həddin qoyulmadığını bildirdi. Onun sözlərinə görə,  Azərbaycanda və dünyada belə bir təcrübə var ki, krediti götürən şəxs sığortalanır: “Əgər krediti götürən şəxs hər hansı bir səbəbdən sağlamlığını itirirsə, kreditin qalan hissəsini sığorta şirkəti ödəyir. Amma bizdə vəziyyət tamam başqa cürdür. Krediti götürən şəxsə bir və ya bir neçə nəfər zamin durur. Kredit götürən vaxtsız vəfat edərsə, həmin şəxslər götürülən məbləğin qalan hissəsini ödəməli olurlar. Çox az sayda bank var ki, kredit götürənləri sığortalayırlar. Azərbaycanda da  kredit götürənlər sığortalanmalıdır”.

Mərkəzi Bankdan isə bildirdilər ki, Azərbaycanda kreditlə bağlı yaş məhdudiyyəti yoxdur. Sadəcə olaraq banklar krediti ödəmə potensialı nəzərə alınmaqla verir:

“Kredit o adama verilir ki, sonra aldığı məbləği qaytara bilsin. Burada yaşayış minimumu və bu kimi başqa amillər nəzərə alınır. Ona görə də kreditlər ödəmə potensialı nəzərə alınaraq verilir”.

Gültəkin Ələsgər  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı