Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.
Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə kifayət qədər tanınmış deputatdır. İqbal bəy uzun müddətdir ictimai-siyasi sahədəki üzdə olan şəxs kimi mediada tez-tez çıxışlar etdiyindən onu Azərbaycanda çox adam tanıyır.
Sizcə, İqbal Ağazadənin “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?
Biz deputatın oxşarını da tapdıq. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. İqbal Ağazadənin oxşarı da sıradan biri deyil və ictimai-siyasi aləmdə az-çox tanınır. Bu, tanınmış politoloq Arif Yunusdur. Diqqətlə baxanda İqbal Ağazadə ilə Arif Yunusun sifət cizgiləri, mimikaları, saç düzümlərindəki oxşarlığı görmək mümkündür.
Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?

Deputat İqbal Ağazadə

Politoloq Arif Yunus
A.Qorxmaz
***
Həmçinin oxu:
Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/
Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/
Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/
Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/