Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Asəf Hacıyevin də oxşarı varmış, həm də çoxda uzaqda yox, elə Bakıda. Asəf Hacıyev uzun illərdir Gəncə şəhərini Milli Məclisdə təmsil edir və onu tanıyanlar çoxdur.
Sizcə, Asəf Hacıyevin “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?
Biz deputatın oxşarını da tapdıq. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Asəf Hacıyevin oxşarı da sıradan biri deyil və Azərbaycanda çox populyardır. Bu, tanınmış estrada müğənnisi, Azərbaycanın xalq artisti Səməd Səmədovdur. Diqqətlə baxanda Asəf Hacıyevlə Səməd Səmədovun xarici görünüşlərindəki oxşarlığı görmək mümkündür.
Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?

YAP-çı deputat Asəf Hacıyev

Xalq artisti Səməd Səmədov
A.Qorxmaz
***
Həmçinin oxu:
Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/
Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/
Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/
Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/
Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/