Modern.az

Astroloqların 2012-ci il üçün vədləri - yalanlar və doğrular...

Astroloqların 2012-ci il üçün vədləri - yalanlar və doğrular...

Ölkə

29 Dekabr 2012, 16:24


Öncəgörmələr indi dəbdədir. Hamı gələcəkdə onları nə gözlədiyini bilmək istəyir. Xüsusən ilin sonunda bu daha da aktuallaşır. Modern.az bir qədər fərqli stilə üstünlük verib. Biz tanınmış ekstrasenslərin 2012-ci il üçün proqnozlarını oxuculara təqdim edirik. 2011-ci ilin bu vaxtı hamı 2012-“Əjdaha ilində” bizi nə gözlədiyilə maraqlarnırdı.  2011-ci ilin sonlar;nda ölkənin 3 tanınmış astroloq-görücüsü- Zirəddin Rzayev, Səbuhi Rəhimli və Firudin Qurbansoy 2012-ci il üçün bu proqnozları vermişdilər. Nəticəni siz çıxarın...

Ekstrasens Zirəddin Rzayev:

...2012-ci illə bağlı proqnozlarıma hər yerdə rast gəlmək mümkündür. Ilin xarakteri barədə deyə bilərəm ki, o qədər də xoşməramlı il deyil. Konkret onu deyə bilərəm ki, 2012-ci il aqressiv ildir, o qədər də sakit il deyil. Bundan başqa, təbiət öz şıltaqlığı ilə insanları qorxudacaq. Çoxlu müharibələr, münaqişələr olacaq. Mən deyərdim ki, 2012-ci il qanlı ildir. 

...“Avroviziya” yarışmasında  qalib xaç ölkələri olacaq. Rusiya ehtimalı isə daha böyükdür. 

...Təbiət öz şıltaqlıqları ilə insanları qorxudacaq. Yer ürək kimi çırpınacaq. 2012-ci il Argentina, Çili, Kolumbiya, Venesuela və Braziliya təbii fəlakətlərdən sığortalanmayıb. Şimali Amerikanın cənubunda qasırğa hökmranlıq edəcək. Həmçinin, Şimali Amerikanın cənubunda qırmızı işıq görürəm. Hətta bu görüntüləri özüm də izah edə bilmirəm. Fransada, Monqolustanda, Pakistanda, Türkiyədə ümumi sakitliyin, ictimai asayişin pozulduğunu görürəm. Yerli hakimiyyət narahatlıq içərisində yaşayacaq.

...Yaponiyada zəlzələlər görürəm. Xüsusilə Şərq hissəsində. 2012-ci ildə ABŞ və Türkiyə terrorla mübarizəni gücləndirməli və çox ehtiyatlı olmalıdırlar. Çox ehtimal var ki, 2012-ci ildə Hindistanda təyyarə qəzası olacaq. Sakit Okean sakitləşməyəcək. Okeanın cənubunda tufan və daşqınlar gözlənilir. 

...ABŞ-da tanınmış siyasi xadimin səhhətində problem yaşanacaq. O, həyatla ölüm arasında qalacaq. Bundan başqa, ABŞ-da iki dəfə naməlum uçan obyekt görünəcək, Rusiyada isə hərbi sahədə böyük irəliləyiş görünür. 2012-ci ili Rusiya üçün hərbçilər ili kimi görürəm. Həmçinin, İranda da ictimai sakitlik pozulacaq. İranın paytaxtında partlayış görürəm.

...2012-ci il ümumiyyətlə, türk xalqları, eləcə də Türkiyə üçün o qədər il xoş deyil. 2012-ci ilin xoş tərəfi haqda konkret olaraq onu deyə bilərəm ki, bu il texnika, kosmos ilidir. Kosmosdan da baxırlar, çox ciddi gedişlər gedir. 

...Mədəniyyət xadimləri arasında konkret deyə bilmərəm, amma mən insult və ya ürək xəstəliyi görürəm. Siyasi xadimlərin də problemi olacaq. 2012-ci ildə məşhur adamlardan ikisi dünyasını dəyişəcək. 

Astroloq Firudin Qurbansoy:

…2012-ci il sınaq ilidir. Bu il kəskin ağrılarla böyük dəyişikliklərin baş verdiyi ildir. İctimai həyatın bir sıra sahələrində əsaslı dəyişikliklər gözlənilir. Bu il kəskin dönüşlərilə yadda qalacaq. “Əjdaha ili” kəskin imtahanlar dövrüdür.

…Ölüm özünü bu il daha qabarıq şəkildə göstərir. Demirəm ucuzluq olacaq, iqtisadiyyatın hər sahəsində bahalıq özünü göstərəcək. Ailə quranların sayı da keçən illərə nisbətən az olacaq. İl öz neqativ proqnozları ilə daha çox yadda qalacaq. Çalışmaq lazımdır hər kəs imkan daxilində ancaq yaxşı işlər görsün ki, qarşısına da yaxşı işlər çıxsın. Nə qədər yamanlıq etsə, 10 dəfə artığı ilə rastlaşacaq.

…2012-də subasmalar, suyun səviyyəsinin qalxması, hətta zəlzələlər, palçıq vulkanları baş verəcək. Kəskin iqlim dəyişmələri kənd təsərrüfatına böyük ziyan vuracaq.

Astroloq Səbuhi Rəhimli:

..Yaxınlaşmaqda olan il daha çox mənfi yönümü ilə yadda qalacaq. 2012-ci ildə insanlarda daxili azadlıq bir qədər məhdudlaşacaq. İstər ictimai-siyasi hadisələrdəki gərginliklər, istərsə də təbiət hadisələri ötən illərlə müqayisədə artacaq, təbii fəlakətlər, qarşıdurmalar daha çox olacaq. Amma bu hadisələr dünya müharibəsinə gətirib çıxaran dərəcəyə çatmayacaq”.

…Qarşıdakı ildə Azərbaycanda daha çox torpaq sürüşmələri, yatmış palcıq vulkanlarının oyanışı olacaq. Kütləvi tələfatla nəticələnən zəlzələlər olmayacaq. Ancaq zəif hiss olunan zəlzələlər olacaq. Ümumiyyətlə, kütləvi ölümlə nəticələnən hər hansı bir hadisə baş verməyəcək.

...Azərbaycan ərazisində unikal arxeoloji tapıntılar olacaq. İdman sahəsində çox böyük uğurlar olacaq. İncəsənətin səhnə ilə bağlı sahələrində inkişaf olacaq. Kriminal hadisələr xeyli artacaq. İstehsalat qəzaları artacaq. İntiharlar qismən azalsa da, yol qəzaları artacaq. Torpaq sürüşmələri və daşqınlar artsa da, kütləvi tələfatla nəticələnən hansısa təbii fəlakət baş verməyəcək.

...2012-ci ildən 2013-cü ilin ortalarına qədər Qarabağın azad olunması istiqamətində tarixi şanslar yaranacaq. Əgər bu şanslardan istifadə olunmasa, 2025-ci ilə qədər heç bir dəyişiklik baş verməyəcək.

...Fransa "erməni soyqırımı" ilə bağlı çıxardığı qərarı ləğv edəcək. Dünyada xristian-müsəlman qarşıdurması daha sərt formada qabaracaq, xüsusən də yaz aylarından etibarən.

...Ərəb ölkələrində baş verən hadisələr Asiya başda olmaqla dünyanın digər ölkələrinə yayılacaq.

...İranla hər hansı müharibə baş verməyəcək, amma bu ölkə üçün həlledici il olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı