Modern.az

QHT rəhbəri dövlət qurumunda vəzifəyə təyin edilib

QHT rəhbəri dövlət qurumunda vəzifəyə təyin edilib

Ölkə

30 Dekabr 2012, 14:25

Azərbaycanda QHT sektorunun tanınmış nümayəndəsi, hüquqşünas Nadir Adilov bu yaxınlarda yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri vəzifəsinə təqyin edilib. Bu barədə Modern.az saytına Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev məlumat verib.

Qeyd edək ki, Nadir Adilov uzun müddət Gənc Hüquqşünaslar Birliyinə rəhbərlik edib və gənc hüquqşünaslarla işləyib. Daha sonra o, millət vəkili Əli Hüseynlinin rəhbəri olduğu Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) baş katibi postunu tutub.  

Nadir Adilov 9 iyun 1977-ci il tarixində anadan olub

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman bu ilin 13 iyulunda imzalanıb. Qurumun yaradılmasında məqsəd dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı