Modern.az

Azərbaycanda ana ölümünün və cəzalanan həkimlərin SAYI açıqlandı

Azərbaycanda ana ölümünün və cəzalanan həkimlərin SAYI açıqlandı

Ölkə

31 Dekabr 2012, 16:02

Modern.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyevanın verdiyi məlumata görə, 2012-ci ildə Azərbaycanda 26 ana ölümü hadisəsi baş verib.

”Onların hamısı Doğuşayardım Komissiyası tərəfindən müzakirə edilib və müvafiq tədbirlər görülüb” deyən Leyla Rzaquliyevanın sözlərinə görə, bu hadisələrlə əlaqədar 19 tibb işçisi tutduğu vəzifədən azad edidilib, 75 tibb işçisi ilə bağlı isə inzibati cəza tədbirləri görülüb, onlar təkmilləşdirmə kurslarına göndərilib.

”2012-ci ildə evdə doğuşların sayı da azalıb, bu hadisələr 1,3 faiz təşkil edib. Ancaq keysəriyyə kəsiyi əməliyyatlarının sayının artması narahatlıq yaradan problem olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə görə, il ərzində belə əməliyyatlar bütün doğuşların 15 fazizindən artıq olmamalıdır. Azərbaycanda isə keysəriyyə kəsiyi əməliyyatları ilə doğuşlar ümumi doğuşların 17 fazinin təşkil edir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı