Modern.az

Soyqırımı məzarlığında tikilən abidə kompleksinin yeni FOTOLARI

Soyqırımı məzarlığında tikilən abidə kompleksinin yeni FOTOLARI

Ölkə

5 Yanvar 2013, 10:31

Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığında Heydər Əliyev Fondu tərəfindən hazırlanan layihə əsasında möhtəşəm abidə kompleksinin tikintisi artıq bitmək üzrədir. Modern.az-ın məlumatına görə, soyqırımı məzarlığında ümumi tamamlanma işləri gedir. 2013-cü ilin birinci yarısında kompleksin istifadəyə veriləcəyi gözlənilir.  

Qeyd edək ki, 30 dekabr 2009-cu ildə ölkə başçısı İlham Əliyev Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılması haqqında sərəncam imzalayıb. Quba məzarlığında təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib.  

Bu məzarlıq erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün daha bir danılmaz tarixi faktdır.

Modern.az Quba məzarlığında inşa olunan abidə kompleksindən fotoları təqdim edir.






Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı