Modern.az

Əli Kərimli İsa Qəmbəri təbrik edib

Əli Kərimli İsa Qəmbəri təbrik edib

Ölkə

5 Yanvar 2013, 13:24

Dekabrın 5-də İctimai Palatanın sessiyası keçirilir. Sessiyada son iki ayda qurumun Koordinasiya Şurasına sədrlik etmiş Rauf Arifoğlunun hesabatı inlənilib.
Sessiyada çıxış edən AXCP sədri Əli Kərimli Müsavat başqanı İsa Qəmbəri prezidentliyə namizədliyinin irəli sürülməsi münasibəti ilə təbrik edib. O, AXCP ilə Müsavat arasında birliyin davam edəcəyini deyib.

«İctimai Palatanın 19 dekabr qərarı var ki, kim istəsə namizədliyini də verə bilər, kim də istəsə seçki mühiti üçün çalışmaqda davam etsin. Bu kontekstdə artıq İsa bəy də namizəddir, mən onu təbrik edirəm».

Xatırladaq ki, dünən Müsavat Məclisi İsa Qəmbərin 2013-cü ildə keçiriləcək prezident seçkilərində partiyanın namizədi olacağı barədə qərar qəbul edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı