Modern.az

Kiçik yaşlı dahilər, onları siz də tanıyın - SİYAHI

Kiçik yaşlı dahilər, onları siz də tanıyın - SİYAHI

Ölkə

7 Yanvar 2013, 08:54

Siz 2 yaşda nə edərsiniz? Hər halda aranızda 2 yaşda sərgi açanınız, 3 yaşda pul qazanmağa başlayanınız ya da 4 yaşında universitetə ​​gedəniniz yoxdur. Əks halda,  hazırladığımız bu siyahıda siz də olardınız. Buyurun, biz də sizə kiçik yaşlarına baxmayaraq zəkalarıyla, müvəffəqiyyətləriylə sizi çaşdıracaq, təəcübləndirəcək  kiçik dühaları təqdim edirik.

10.Eliana Smith

Eliana 7 yaşında ikən şəxsən  özü  radioda bir proqram açır. Bütün ağırlığı və məsuliyyəti  üzərinə götürür və proqramın xarakterinə uyğun şəxsi psixoloq missiyasını şəxsən özü yerinə yetirir. Yaşlı adamların, qadınların dərdlərini, problemlərini  dinləyib onlara nəsihət verir, yol göstərir. Yaşına baxmayaraq, verdiyi  nəsihət böyüklərə təsir edər,  hamını heyrətə gətirərdi.. Buyurun  sizə Elianadan bir öyüd-nəsihət: "Onun üçün kədərlənməyə dəyməz, həyat bir nəfərin arxasından ağlayacak qədər uzun deyil" ..

9. Uillyam Cosef Mosconi

Uillyamın ləqəbi "Mobil bilyardçı" olub. Çünki, bu  adam 6 yaşında professional bilyardçı olmağı bacarmışdı. Atası bilyard masasını istifadə etməsinə icazə verməyəndə, o kartoflarla bilyard qabiliyyətini artırarmış. Bilyard masasına boyu çatmayan Uillyamın altına bir kürsü qoyarlarmış. Hazırda o dünyanın ən güclü bilyard ustası hesab olunur.

8. Fabiano Luigi Caurana

Fabiano, ən gənc şahmat ustası adına sahib olub. Çoxlarını təəccübləndirəcək intellektə və qeyri-adi məntiqə malik bu şəxsin rekordu hələ ki, qırılmayıb.  Hazırda, 14 yaşı var. Beynəlxalq dərəcəli qroysmesterdir.   

7. Saul Aaron Kripke

Saul  4-ci sinifdə oxuyarkən  riyaziyyatın bütün incəliklərinə yiyələnmiş, tələbə dostları ilə yanaşı müəllimlərinə də bəzi bilikləri öyrətmişdir. Liseydə həndəsə, məntiq  və fəlsəfəni bitirmiş, bu elmlərin ortaq sintezini yarada bilmişdi. İdeya müəllifi olduğu bəzi elmi nəzəriyyələri liseydə oxuduğu dönəmdə universitetlərə təqdim etmiş və bu nəzəriyyələr dünyanın ən yaxşı universiteti olan Harvard tərəfindən qəbul edilmişdi. Beləliklə, universitet liseyi təzə bitirən Saulu fəlsəfə və riyaziyyat müəllimi kimi sıralarına qatır.  Liseyi bitirdikdən sonra Harvarda gedən Saul, fəlsəfə sahəsində “Schock” mükafatını alır və hələ də yaşayan ən böyük filosof olaraq qəbul edilir.

6. Alite Andre

Bu qız  2 yaşında ikən Avstraliyanın ən çox danışılan mücərrəd şəkil sənətçisi olub. Uşaq təxəyyülü ilə çəkdiyi şəkillər hamını həyrətə gətirib və elə bu yaşda ikən onun sərgisi açılıb. Elə sərgisinin açıldığı qalareya sahibi də onun istedadının vurğunu olub və 2 yaşlı bu qızı dünyaya tanıdıb.

5. Gregory Smith

 12 yaşında Nobel mükafatına namizəd göstərilmiş bir insandır. Gregory 10 yaşında ikən  universitetə ​​başlayıb, bununla da kifayətlənməyib boş zamanlarında  ölkə-ölkə gəzərək sülh və uşaq hüquqlarını müdafiə edib. "Beynəlxalq Gənclik müdafiəçiləri dərnəyi"ni təsis edir. Bu sahədə gördüyü işlər səbəbiylə 4 dəfə Nobelə namizəd göstərilib.

4. Maykl  Kevin Kerni

 Maykl 10 yaşında universitet məzunu olub. 17 yaşında da  universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Qırdığı dünya rekordlarıyla və 24 yaşında qazandığı "Kim 1 milyon istər?" yarışması ilə tanınır. “Universitetlərin ən gənc məzunu kimi” Ginnesin Rekordlar Kitabına düşür. 6 aylıqkən həkimə "sol qulağımda bir infeksiya var" cümləsini demişdi. Bu şəxs haqqında ictimai mediada çox  bəhs edilib. "Kim 1 milyon istər?" yarışmasında, son sualda telefon haqqını istifadə edən Maykl atasını axtarır. Bütün hər kəs onun suala cavab tapmaq üçün telefon haqqını istifadə etdiyini düşünərkən Maykl "ata 1 milyon dolları aldım, evə gəlirəm" deyib doğru cavabı verir.

3. Kleopatra Stratan

Kiçik ikən  hər qız uşağı saç fırçasını, dezodorant şüşəsini mikrofon  edərək xəyalında dünyanın ən məşhur şousunu etmiş və  pərəstişkarlarını salamlamışdır. Gəlin görün ki, Kleopatra bunu xəyaldan reallığa  daşımış və 3 yaşında hər mahnı üçün  2.500 dollar qazanan, dünyanın ən kiçik müğənnisi olmuşdur. Çox vaxt özü 2 saat canlı perfomans sərgiləyən kiçik qız, sənətini  MTV musiqi mükafatı ilə zirvəyə qaldırmışdır.

2. Akrit Casval

Adından də anlayacağınız kimi hindli kiçik dahi hazırda dünyanın ən ağıllı uşağı olaraq qəbul edilir. İlk cərrahi əməliyyatını evində və yalnız 7 yaşındaykən aparır. Heç bir tibb təhsili almayan, həyatında heç əməliyyat etməyən Akrit, səkkiz yaşındakı bir qızın yanmış əllərini evində etdiyi əməliyyatla bir-birindən ayırmağı bacarmışdır. 12 yaşındaykən də xərçəngin çarəsini tapmağa çox yaxınlaşdığını dilə gətirmişdi.

1. Kim Ung-Yong

 Əslində hazırda  siyahımızın ən yaşlı üzvüdür. Özü artıq bir yetkin, amma uşaqlığındakı müvəffəqiyyətləri sayəsində həm Ginnesin  Rekordlar Kitabına, həm də siyahımıza girməyi bacardı. Özü 4 yaşında universitetə ​​gedib, 15 yaşında da doktorluq müdafiəsini edib. Ginnesin Rekordlar Kitabına "dünyanın ən ağıllı insanı" kimi  düşüb. IQ əmsalı 210 olaraq bilinir. 7 yaşında  NASA tərəfindən dəvət alan Kim bu qədər müvəffəqiyyətə baxmayaraq, sadəliyi  ilə də diqqətləri üzərinə çəkir. Çünki, o qədər prestijli universitetin təklifini rədd edib, yerli bir universitetdə dərs verməyi hər adam üzərinə götürməzdi.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı