Modern.az

AXCP seçkilərlə bağlı təcili toplantı keçirəcək

AXCP seçkilərlə bağlı təcili toplantı keçirəcək

Ölkə

8 Yanvar 2013, 15:29

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin bu gün növbəti toplantısı keçiriləcək. Bu barədə Modern.az saytına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Partiya rəsmisinin sözlərinə görə, iclasda ölkədəki ictimai-siyasi durum geniş müzakirəyə çıxarılacaq. F.Qəhrəmanlı həmçinin qeyd edib ki, partiyanın toplantısında 2013-cü ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı vəziyyət və qarşıda duran vəzifələr və s. mühüm məsələlər müzakirə olunacaq.

 

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!