Modern.az

Deputat Rafael və Coşqunun qadın paltarındakı reklamının yığışdırılmasından danışdı

Deputat Rafael və Coşqunun qadın paltarındakı reklamının yığışdırılmasından danışdı

Ölkə

8 Yanvar 2013, 17:38

Modern.az bildirir ki, Bakı şəhər İcra Hakimiyyəti millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustaya cavab verib. Fazil Mustafanının bildirdiyinə görə, onun 10 dekabr 2012-ci il tarixində “Azercell”in reklamına görə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı şikayət ərizəsinə 29 dekabrda həmin şirkətin rəsmisi, “Reklam və İnformasiya İdarəsi”nin rəis əvəzi Əli Əsgərov tərəfindən cavab verilib.
Deputatın sözlərinə görə, “Azercell”dən ona gələn cavabda bildirilib:

“İlk olaraq bildiririk ki, məsələ ilə bağlı tərəfimizdən müvafiq araşdırma aparılmış və həmin araşdırmanın nəticəsində müəyyən olunmuşdur ki, AR qanunlarında qadın geyimi geymiş kişi cinsinə mənsub aktyorların gülümsəyərək hər hansı şirkətin təbliğatını həyata keçirmələrinə dair qadağa nəzərdə tutulmamışdır və "Azercell" şirkətinin reklamında xəcalət çəkiləsi elementlər, əhalinin psixoloji sarsıntısı və əhalinin mənəvi mühitinin korlanması üçün zəmin mövcud olmamışdır.
Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan reklamların yayımı reklam sifarişçilərinin təşəbbüsünə əsasən dayandırılmışdır və həmin reklamlar artıq reklam daşıyıcılarında yayımlanmır”.

Millət vəkili Fazil Mustafa bir müddət əvvəl “Bu şəhərdə” yumoristik qrupunun aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovu qadın paltarı geyindiyi üçün sərt tənqid edərək onların çəkildikləri reklam lövhələrinin paytaxt küçələrindən yığışdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı  Hacıbala Abutalıbova müraciət ünvanlamışdı.

Aqşin

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı