Modern.az

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR

Ölkə

14 Yanvar 2013, 11:39

Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatları davam etdirir. Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.

"Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlamışıq.

Azərbaycanın sabiq baş naziri, eks-deputat Pənah Hüseynin geniş təqdimatına ehtiyac varmı? 1993-cü ildə AXC hakimiyyətinin baş naziri, 2005-2010-cu illərdə Milli Məclisin üzvü olmuş Pənah bəy medianın da daim maraq göstərdiyi siyasətçilərdəndir.

Sizcə, Pənah Hüseynin “Oxşarlar” layihəsində bənzəri kim ola bilər?

Biz Pənah bəyin oxşarını tapdıq. Baxıb, onların bənzərliklərini müqayisə edə bilərsiniz. Pənah Hüseynin oxşarını onunla əks cəbhədə təmsil olunan məmurlar sırasından tapdıq. Söbət Laçın rayon İcra Hakimiyətinin başçısı Ramiz Cəbrayılovdan gedir. Yeni Azərbaycan Partiyasının üzvü olan Ramiz müəllim 5 ildir Laçın rayon İcra Hakimiyətinə başçılıq edir.

Diqqətlə baxanda Pənah Hüseynlə Ramiz Cəbrayılovun sifət cizgilərində, saç düzümündə xeyli oxşarlıq görmək olar....

Aşağıdakı şəkillərə diqqətlə baxın, bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki…?


Eks-baş nazir Pənah Hüseyn


Laçın rayonunun icra başçısı Ramiz Cəbrayılov

A.Qorxmaz

***
Həmçinin oxu:

Azərbaycandakı oxşarlar - I... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30301/1/

Azərbaycandakı oxşarlar II... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30588/1/

Azərbaycandakı oxşarlar III... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/30831/1/

Azərbaycandakı oxşarlar IV... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32367/1/

Azərbaycandakı oxşarlar V... Onlar sizi də çaşdıra bilərlər ? -FOTOLAR
//modern.az/articles/32555/1/

Azərbaycandakı oxşarlar - VI... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32674/1/

Azərbaycandakı oxşarlar - VII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32849/1/

Azərbaycandakı oxşarlar - VIII... Onlar sizi də çaşdıra bilərlər -FOTOLAR
//modern.az/articles/32930/1/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı